Pulsuz professional sayt və ya bloq necə açmaq olar?
Mən sizə əminliklə deyə bilərəm ki, tam
professional saytlardan, bloqlardan heç də geri qalmayan, əksinə Google-un xüsusi
dəstəyi olduğuna görə bir çox üstünlüyü olan Blogger-də bloq və ya sayt açıb
ona 1-ci dərəcəli domen alaraq və Blogger-in daimi və limitsiz hostundan
istifadə edərək tam istədiyiniz saytı və ya bloqu aça bilərsiniz. Düzdür əvvəl
Blogger-də bloq açdıqda o çox qarma-qarışıq görünsə də, onu mənim dediklərimlə
tam bir professional saytlardan, bloqlardan fərqlənməyəcək qədər gözəl
görünüşlü edə bilərsiniz. Yuxarıda qeyd etdiyim kimi Blogger-in əsas üstünlüyü
odur ki, 1-cisi Google-un dəstəyi nəticəsində axtarışlarda ilk sıralara asanlıqla
çıxa bilirik(əlbəttə ki, SEO qaydalarına əməl etsəniz. Bilməyənlər SEO haqqında
saytda axtarış edərək məlumat əldə edə bilərsiniz). 2-ci üstünlüyü isə ömür
boyu limitsiz hosting(Bu barədə də saytda məqalələr var) xidməti verməsidir ki,
bunu da digər hosting saytlarında aylıq və ya illik müəyyən qiymətlərə əldə
edirik. Blogger isə bu xidmətləri bizə tamamilə pulsuz və limitsiz verir. Üstəlik
Blogger-də açdığımız bloqa 1-ci dərəcəli domen alaraq onu daha da professional
şəkilə gətirə bilirik. Yəni açdığımız bloqu saytadı.blogspot.com=>saytadı.com
domeninə keçirə bilirik. Bunu necə edəcəyimizi növbəti yazılarımda
göstərəcəyəm. Ümumiyyətlə Blogger-də bir bloqu professional bir bloq kimi
istifadə etmək üçün sıfırdan başlayaraq A-dan Z-yə kimi nələr lazımdırsa
hamısını yazılarımda göstərəcəyəm. Siz yalnız 10 dollar kimi bir kiçik məqbləğ
ödəməklə domen alacaqsınız, vəssalam başqa heç bir şeyə pul verməyəcəksiniz. Başlıqda
pulsuz ona görə yazmışam ki, əslində bir professional sayt açmağa lazım olan
pul 10 dollardan qat-qat çoxdur. Amma mən sizə yalnız 10 dollara(Onu da domenə,
saytınızın adına) necə bir professional sayt və ya bloq açmaq olar onu
göstərəcəyəm. Bu açdığınız saytdan və ya bloqdan necə pul qazanacağınızı da
sizə izah edəcəyəm. Siz yalnız bizi izləyin...
pulsuz sayt açmaq, pulsuz sayt bloq yaratmaq, pulsuz sayt aç, free site make crate, bedava site kurmak, Pulsuz professional sayt və ya bloq necə açmaq olar,
pulsuz sayt açmaq, pulsuz sayt bloq yaratmaq, pulsuz sayt aç, free site make crate, bedava site kurmak, Pulsuz professional sayt və ya bloq necə açmaq olar,
Salam
YanıtlaSil