Orqazm nədir? Orqazm necə olmaq olar?

Orqazm nədir? Orqazm necə olmaq olar?




Orqazm Yunan sözü olub orgasmus sözündən əmələ gəlmişdir və Azərbaycan dilində mənası “şəhvətli həyəcan” deməkdir.  Orqazm seksual hissiyatları beynin sıx bir şəkildə qəbul etməsi nəticəsində orqanizmin tənasül(cinsiyyət) bölgələrinin eyni vaxtda bu hissiyatlara cavab verməsi şəklində izah olunur. Yəni sevişmə zamanı seksual həzzin ən güclü şəkildə yaşanması ilə orqazm gerçəkləşir.

Seksual hiss necə meydana gəlir?

İnsan beyni seksual hissləri duyğu orqanları ilə qəbul edir. Beyin və orqanizm seksual hissləri ayrı-ayrılıqda bacarmalarına baxmayaraq orqazm yalnız bunların bir yerdə hərəkət etmələri ilə əmələ gəlir. Qadınlar yalnız düşünməklə, yəni heç bir fiziki əlaqə olmadan orqazm yaşaya bilirlər. Amma yenə də beynin yaratdığı orqazmı orqanizm həyata keçirir.

Qadınlar necə orqazm olur?

Orqazm şüur bulanıqlığının da olduğu qısa və güclü bir andır və seksual duyğuların ən zövqlüsüdür.

Qadınların orqazm olmalarına kömək olan faktorlar hansılardır:

Klitoris və vagina, idrar kanalı çevrəsi, döş və döş ucları, xəyal qurmaq, hipnoz və s. qadınların orqazm olmalarına kömək olur.

Orqazm olmağın əlamətləri:

Seksual fəaliyyətdəki aşırı gərginliyin anidən dayanması və bunun nəticəsində sakitləşmələri qadınların orqazm olmasını bildirən ən əsas əlamətidir.

Orqazmın digər əlamətləri aşağıdakılardır:

“Labia minora”da (daxili dodaqlarda) rəngin narıncıdan qırmızıya dəyişməsi

Orqazmın qurtarmasının əlamətləri:

Döş ucunda rəng solması
Vaginal nəbz dolğunluğunda artım
İstilənmə, qızarmaq
Tərləmə (bəzi qadınlarda)
Səs sıxartma-inləmə və s.

Qadınlar orqazm olma baxımından kişilərdən daha şanslıdırlar. Çünki qadınlar cinsi əlaqə zamanı və ya seksual fantaziyaları ilə çox qısa vaxt aralıqları ilə dalbadal bir neçə dəfə uzun sürən orqazmlar yaşaya bilirlər. Kişilər isə orqazm olduqdan sonra müəyyən bir vaxt istirahət etmək ehtiyacı hiss edirlər. Bir kişinin orqazm olması üçün mütləq onun penisinə fiziki cəhətdən təsir edilməsi lazımdır.

Orqazm nədir, Orqazm necə olmaq olar,

Yorumlar