Zəlzələ çantasi necə hazırlanmalıdır?

Zəlzələ çantasi necə hazırlanmalıdır?



Zəlzələ insanoğlunun başına gələ biləcək ən böyük təbii fəlakətlərdən biridir. Başlanğıc nöqtəsi yer altından keçən və yer qabığının sarsıntısı nəticəsində meydana gələn zəlzələ, çox vaxt böyük itkilərə səbəb olur. Ölkəmiz də, riskli bölgələr arasında iştirak edir. Böyük zəlzələlərə hər zaman rastlanmasa da kiçik titrəyişli zəlzələlərlə tez tez qarşılaşmaq mümkündür.

Azərbaycanın yaşadığı zəlzələlərə nəzər yetirsək ən böyük itkinlərin yaşandığı tarix 1667 ci illdə Şamaxıda meydana gələn 6,9 bal gücündə təbii fəlakət nəticəsində 80 mindən çox insan həyatını itirmişdi.

Yaddaşlarda təzəliyini qoruyan son böyük zəlzələ isə 2000-ci ildə Bakıda meydana gəlmişdir
Zəlzələ hər zaman gözlənilmədən baş verir, biz isə sadəcə buna hazırlıqlı olmalıyıq. Bunun üçün edilməsi lazım olanların başında evin zəlzələyə qarşı dayanıqlı olub-olmadığını, təzyiqlərini ölçdürmələri gəlir. Bu mövzuda edilən məsuliyyətsizlik nəticələri ağır ola bilir.

Daha sonra üzərində dayanılması lazım gələn mövzu zəlzələ əsnasında olduğunuz məkandan çıxa bilmirsinizsə etməniz lazım olanları bilməkdir.

Zəlzələ Çantasının İçindəkilər

Və əlbəttə zəlzələ çantası hazırlamaq. Təəssüf ki, çox insan bu barədə çox səhlənkar davranır. Başımıza gəlməyəcəyini sandığımız hadisələrin bir gün bizə də tuş gələcəyini düşünərək tədbirli olmaq lazım olarkən, tam tərsi hərəkət etmək bizə bir şey qazandırmır . Ona görə əlimizdən gələni etməli və ətrafımıza da bunu məsləhət verməliyik.

Zəlzələ çantasının necə hazırlanması lazım olduğuna gəlsək,

* Ən böyük ehtiyac olan mütləq su

* Bir fənər və ehtiyat batareyalar

* İlk yardım çantası

* Enerji verən yeməklər

* Şəxsi və reseptli dərmanlar

* Bir neçə paltar

* Bir miqdar pul

* Qələm, kağız.

Bu materialların sayını və çeşidini kəslərin həyat şərtlərinə görə artırması mümkündür. Lazım olacağını düşündüyünüz digər şeyləri zəlzələ çantanıza əlavə edə bilərsiniz. Son olaraq unudulmaması lazım olan nöqtə, çantanın içinə qoyulan qida, su, dərman və batareyaların hər altı ayda bir dəyişdirilməsi.

Tədbir almaq insanoğlunun həyatını qurtara bilər. Sadə görünən tədbirləri tətbiq edərək fəlakətlərdən sağ çıxa bilər, həyatınıza istiqamət verə bilərsiniz. 

Yorumlar