Gif necə düzəldilir?

Gif necə düzəldilir?



Animasiyalı gif şəkilləri son vaxtlar sosial şəbəkələrdə çox marağa səbəb oldu. Bu yazımda sizlərə “gif necə düzəldilir” onu izah edəcəyəm. Gif şəkilləri bir neçə yolla düzəltmək olar. Kompüterdə, planşetdə, telefonda və online-internetdə, yəni proqram olmadan da gif şəkillər düzəldə bilərsiniz.

İnternetdə online gif şəkil düzəltmək


Heç bir proqrama ehtiyac duymadan sadəcə onlinne internetdə sizə verəcəyim saytlara daxil olaraq bir neçə dəqiqə içində gif düzəldə bilərsiniz. Istər videodan, istərsə də şəkillərdən istədiyiniz gif-ləridüzəldə bilərsiniz.

1.    www.picasion.com   

İstədiyiniz şəkilləri seçdikdən sonra ölçüsünü və şəkillərin dəyişmə sürətini dəyişərək  “create animation”  butonuna basmaq lazımdır.



Bu saytda Gif düzəltmək çox asandır. Belə ki, sayta daxil olan kimi qarşınıza çıxan “upload images” butonuna klikləyərək istədiyiniz şəkilləri yüklədikdən sonra “image size”  bölməsində GİF-in ölçüsünü, “Animation Speed” bölməsində isə GİF-in sürətini, yəni şəkillərin dəyişmə sürətini nizamlayırıq. “Create and download your GIF animation” bölməsində isə “Create GIF Animation” butonuna klikləyərək son mərhələni tamamlayırıq. Və aşağıda qarşımıza “View GIF”- düzəltdiyiniz GİF-ə baxın və “Download GIF”-GİF-i endir butonları çıxır. Bu saytda düzəltdiyiniz GİF-ləri kompüterinizə endirə də bilərsiniz.


Telefonda GİF düzəltmək

Telefonunuzda GİF düzəltmək üçün bir neçə kiçik proqramlar var. Misal üçün;

1.    GİF Maker proqramını android-li telefonlar üçün buradan endirə bilərsiniz
2.    Telefonda GİF düzəltmək üçün digər abdroid proqramını- “Easy Gif Maker Free” isə buradan endirə bilərsiniz.



Gif necə düzəldilir,

Yorumlar