Ekranın şəkli necə çəkilir?

Ekranın şəkli necə çəkilir?



Kompüterdə ekranın şəklini çəkmək üçün bir çox proqram var. Amma mən sizə izah etdiyim proqramın istifadəsi çox asandır və əlavə funksiyaları da vardır.
         Belə ki, mən sizə ekranın şəklini çəkmək üçün məsləhət gördüyüm proqram “lightshot” proqramıdır ki, bu proqramı buradan endirə bilərsiniz.

Lightshot proqramının istifadəsi

Əlavə olaraq qeyd edim ki, proqramın bir çox dilləri arasında Türk dili də vardır. Proqramın istifadəsi isə çox asandır. Lightshot proqramını açdıqdan sonra yalnız (qısa yol olaraq) klaviaturadakı  “Print Screen” düyməsinə basırsınız və ekranın qaraldığını görəcəksiniz. Bundan sonra ekranda şəklini çəkmək istədiyiniz hər hansısa bir yeri “siçan"la kvadrata alırsınız, daha sonra isə “Ctrl+S” düymələrinə basaraq yaddaşa vermiş olursunuz. Bundan başqa kvadrata aldığınız hissənin altında kiçik butonlarla menyu görəcəksiniz. Menyuda olanlar isə bunlardır:

1.    Prntscr.com-a yüklə (yəni çəkdiyiniz ekran şəklini “lightshot” proqramının öz hostinginə upload etmək.)
2.    Sosial şəbəkələrdə paylaşmaq
3.    Və ən maraqlı funksiyalarından biri olan “çəkdiyiniz şəklə bənzər şəkilləri google-da axtar”
4.    Çap et
5.    Kopiyala
6.    Yaddaşa ver
7.    Çıx

Bundan başqa kvadrata aldığınız hissənin sağ tərəfində də bir çox funksiyası olan 2-ci bir menyusu var. Bu menyuda isə qələm, işarət oxu, mətn yazmaq kimi funksiyalar vardır. Hansı ki, çəkdiyiniz şəkilə elə yerindəcə istədiyiniz əlavələri edə bilərsiniz.

Bir sözlə ekran şəklini çəkmək mövzusunda ən məsləhətli proqramdır.

Ekranın şəkli necə çəkilir, lightshot nədir,

Yorumlar