Telefonda şəkillər necə birləşdirilir?

Telefonda şəkillər necə birləşdirilir?



Mobil telefonunuzda şəkillərinizi birləşdirərək kollaj düzəltmək artıq asandır. Əvvəllər şəkilləri birləşdirmə əməliyyatları kompüterdə belə çətin idi. Dövrümüzdə yeni çıxan proqramlar ilə telefonumuzda sadə və keyfiyyətli kollaj düzəldə bilərik. Bu sahədə ən asan və keyfiyyətli proqram “PhotoGrid” proqramıdır. PhotoGrid proqramını android əməliyyat sistemli telefonlar üçün buradan endirə bilərsiniz

PhotoGrid proqramı ilə telefonda şəkilləri birləşdirərək necə kollaj düzəltmək olar?

PhotoGrid proqramı həm İOS, həm də android əməliyyat sistemli telefonlarda dəstəklənən proqramdır. Proqramda bir çox əlavə funksiyalar var ki, həmin funksiyalarla şəkillərinizdə dəyişiklik edə,  həmçinin yazılar yazaraq düzəldə bilərisniz. 

Bu proqram fotokollaj düzəltmək üçün yetərincə funksiyalara malikdir, amma bu sahədə digər alternativ proqramlar da var.  Məsələn; Photo Studio, PicsArt, Photo Colage və s.

Şəkilləri birləşdirmək, Telefonda şəkillər necə birləşdirilir, 

Yorumlar