Nanotexnologiya nə deməkdir?

Nanotexnologiya nə deməkdir?




“Nano” sözü yunan mənşəli olub, “cücə” mənasında işlədilməkdədir. Əslində nanometer adlanan bir uzunluq vahidi var ki, bu metrin milyonda bir hissəsi qədər uzunluğa malikdir. Əgər bunu insan saç teli ilə müqayisə edəsi olsaq, hardasa saç telinin onda bir hissəsinə bərabər olduğunu görərik. Bəs bu adla bağlı olan nanotexnologiya nə deməkdir? Nanotexnologiya atomların və molekulların ən kiçik hissələrini ifadə etmək məqsədilə istifadə olunur. Atom üzərinə atom qoyaraq yeni maddələr kəşf etmək və mövcud olan maddələrin molekulyar quruluşunu dəyişdirərək yeni maddələr düzəltmək də buraya daxildir. Əgər təbiətdə mövcud olan atomlar hərəkət etdirilə bilsə, bir çox fərqli maddələr kəşf oluna bilər. Bunun ola bilmə ehtimalı günümüzdə həm nanotexnologiyaya diqqəti daha da artırmış, həm də bu sahədəki çalışmaları sürətləndirmişdir. Nanotexnologiyanın istifadə olunma sahəsi çox genişdir. Hal-hazırda fizika, kimya, biologiya, elektronika kimi sahələrdə istifadə olunmaqla yanaşı, tibb sahəsində də istifadə olunur. Daima inkişafda olan bu nanotexnologiyaların gələcəkdə bir çox nailiyyətlərə yelkən açacağı gözlənilir. Məsələn, nanotexnologiyalar  insan damarlarında gəzərək ciddi xəstəlikləri müalicə etmək qabiliyyətinə malik olacaqlar. Nanomaterialların köməyi ilə paslanmayan əşyalar, öz-özünü təmizləyən paltarlar, hətta heç vaxt kirlənməyən əşyalar belə kəşf oluna bilər. Nanotexnologiyalar vasitəsilə daha az maliyyə ilə daha keyfiyyətli məhsullar istehsal etmək mümkündür. Bu texnologiyalar bizə daha sağlam və etibarlı həyat təklif edir. 

Nanotexnologiya nədir,

Yorumlar