E-ticarət web saytları necə olmalıdır ?

E-ticarət web saytları necə olmalıdır ?




İlk öncə “E-ticarət nə deməkdir ?” sualına cavab verək. E-ticarət internet üzərindən aparılan ticarət formasıdır. İnsanların mağazalarını sosyal aləmə daşıyaraq internet üzərindən müştərilərlə əlaqə qurması e-ticarət adlanır. Belə saytlar qurmaq və uğurlu alış-verişə nail olmaq üçün müştərilərin diqqətini çəkməyi bacarmaq lazımdır. Satışları artırmaq üçün müştərilərə sərfəli kompaniyalar təklif etmək lazımdır. Bundan əlavə saytı elə qurmaq lazımdır ki, istənilən məhsulu axtarış motorunda axtardıqda tez tapılsın. Beləliklə, həm alış-verişə çox vaxt xərcləyənlər, həm də alış-veriş üçün vaxtı olmayanlar e-ticarət saytlarından istifadə etməklə həm özləri üçün, həm də sahibkarlar üçün rahatlıq yarada bilərlər. E-ticarət saytları digər mağazalardan fərqli günün hər saatı müştərilər üçün  açıq olmalıdır. E- ticarət saytları qurarkən saytın dizaynını müştəriləri nəzərə alaraq seçmək lazımdır. Sadə, göz yormayan və məhsulların kateqoriyalara bölündüyü bir e-ticarət saytı arzu olunandır.Dünya üzərində də qəbul olunmuş qaydalara görə hər məhsul kateqoriyasını fərqli bir rəngdə etmək yaxşı olar. Məsələn, yeməklər üçün qırmızı, süd və süd məhsulları üçün mavi rəng və s. Beləliklə, e-ticarət saytları həm müştərilərin gözləntilərini qarşılayan bir sayt olmalıdır, həm də alış-satış sistemi rahatlıqla istifadə ediləcək növdən olmalıdır. Yaddan çıxarmaq olmaz ki, müştəri məmnuniyyəti hər şeydən önəmlidir. Ona görə e-ticarət saytınızdakı məhsulları gün-gündən həm keyfiyyətcə, həm də kəmiyyətcə artırmalısınız.

Yorumlar