Qan şəkəri necə salına bilər?

Qan şəkəri necə salına bilər?



Kəpəkli makaron, tam taxıllı çovdar çörəyi və kəpəkli taxıllar qan şəkərini sabit tutarkən yüksək qlisemik indeksə sahib olan taxıllar qan şəkərində ani yüksəlməyə səbəb ola bilər.

Omega 3 yağ turşuları: Omega 3 yağ turşuları xüsusilə şəkər xəstəliyi səbəbiylə meydana gələ biləcək ürək və damar xəstəliklərini qarşısını almaq üçün vacibdir.

Bu əsas yağ turşuları bədən tərəfindən yaradılmadığı üçün yeyilən qidalar yoluyla qəbul eilməlidir. Kətan toxumu və qoz xaricində duzlu su balıqları yeyərək lazımi miqdarda omeqa 3 yağ turşusu ala bilərsiniz.

Darçın: yeməklərinizə əlavə dad üçün istifadə edə biləcəyiniz darçının şəkərə təsirləri haqqında 2003-ci ildə edilən və "Diabetes Care" jurnalında nəşr olunan araşdırma nəticələrinə görə 1-6 qram arası darçın yemək qan şəkəri xaricində xolesterol və yağ nisbətini də salır və diyabet xəstələrində infarkt riskini azaldır.

Tərəvəz və Meyvə: Mineral, vitamin baxımından zəngin olan tərəvəz və meyvələr eyni zamanda lifli strukturları qan şəkərinin sabit qalmasına kömək edir.

İmmunitet sistemini də inkişaf etdirən tərəvəzlər və meyvələr arasında kələm, ara kələm , portağal, cökə, limon, brokoli, qırmızı turp, ispanaq, qreypfrut, çiyələk və böyürtkən ilk sıralarda gəlməkdədir.

Şəkəri olanların yağ, duz və ya sous əlavə olunmuş tərəvəzləri, yüksək nisbətdə natrium təşkil edən konserv tərəvəzləri və turşu yeməkləri tövsiyyə edilmir.

Yağsız ət: Daha az miqdarda doymuş yağ təşkil edən yağsız ət xolesterol səviyyəsini aşağı saxlamaq üçün idealdır və bol miqdarda protein təşkil edir.

Ringa, qızıl balıq, sardina, alabalıq, ton balığı, krevet, dərisiz toyuq və hinduşka kimi ətlərdən bədəninizin ehtiyac duyduğu zülalı ala bilər və ürək xəstəlikləri riskini azalda bilərsiniz. Əti bişirərkən qızartma yerinə qaynatma üsulunu istifadə edin.

Zeytunyağı: Yaxşı xolesterolu yüksəldən və damar tutulmalarına qarşı qoruma təmin edən zeytunyağını yeyinti yağ olaraq istifadə edə bilərsiniz. Zeytun yağı insulin müqavimətini azaldaraq qan şəkərini sabit saxlamağa kömək edir.
Qan şəkərini aşağı salmaq üçün kələm kürü

vəsaitlər

1 litr su
7-8 dənə ağ kələm yarpağı
Hazırlanması Və istifadəsi: 1 litr qədər su uyğun bir qazana alınaraq qaynadılır. Qaynayan suya kələm yarpaqları atılır və qazanın ağzı bağlanılaraq 15 dəqiqə qədər vam odda  qaynatmağa davam edilir. Qaynayan kələmlər ocaqdan alınaraq soyumağa qoyular. Kür biraz soyuduqdan sonra süzülərək suyu alınır. Əldə edilən su 1,5 su stəkanı şəklində aç qarınına 1 həftə boyunca nizamlı olaraq içilir. Kür hər gün təzə hazırlanmalıdır. Sabahısı günə qalan kür içilməməlidir.

Əgər bir dəfədə 1,5 su stəkanı içməkdə çətinlik yaşanırsa gün içində müəyyən aralıqlar ilə ac qarına 1 çay stəkanı olaraq 3 dəfə içilə bilər. Qan şəkərini  nizamda saxlamaq üçün kələm kürü ildə 4-5 dəfə təkrarlana bilər. 

Yorumlar