Çörəyin zərər və faydaları nələrdir?

Çörəyin zərər və faydaları nələrdir?




Azərbaycan süfrələrində vazkeçilməz olanlardan ən birincisi çörəkdir. Çörək yemək zərərlidirmi? Çörəyin zərərləri nədir?

Çörək xüsusilə pəhriz saxlayarkən buraxılan ilk qidalar arasında yer alır. Çörəyin insana 2 əsas xeyiri var.

1)  Qan şəkərini normada saxlayır
2)  Sinir sistemi üçün lazım olan vitaminləri təmin edir

Çörək yemək zərərlidirmi?

Sağlam bir insana  hər yemək vaxtı 2 dilim çörəkdən artığı məsləhət görülmür. Yəni gün ərzində cəmi 6-8 dilim çörək yemək zərərli deyildir.

Xüsusilə xroniki xəstəlikləri olanlar (təzyiq, şəkər və s.) ağ çörək yeməməlidirlər.

Çörək yeməyənlər artıq çəkidən xilas ola bilərmi?

Artıq çəkidən xilas olmaq üçün gün ərzində qəbul edilən enerjinin istifadə edilən enerjidən az olması lazımdır. Az enerji qəbul etdiyimiz zaman orqanizmin ehtiyacı olan enerjinin yerini doldurmaq üçün orqanizmdəki yağları yandıraraq enerji istehsal edir və artıq çəkidən xilas olmaq mümkünləşir. Gün ərzində ümumiyyətlə çörək yeməsəniz alınan enerji bir qədər azalacağından müəyyən qədər artıq çəkidən xilas ola biləcəksiniz. Burada əsas məsələ qəbul etdiyiniz çörəyin miqdarıdır.

Çörək əvəzinə nə yemək olar?

Çörək taxıl qrupuna daxildir. Ona görə də digər taxıl məhsulları ilə dəyişdirilə bilər. Yəni 1 dilim çörək əvəzinə 2-3 xörək qaşığı düyü yeyə bilərsiniz.

Sonda belə bir nəticəyə gəlmək olar ki, çörək həddindən çox qəbul edilməsə zərərli deyildir, əksinə sağlam bir qidadır.

Çörək yemək zərərlidirmi? Çörəyin zərərləri nədir, Çörəyin zərər və faydaları nələrdir,

Yorumlar