Paypal-dan Azərbaycanda necə istifadə etmək olar?

Paypal-dan Azərbaycanda necə istifadə etmək olar?



Bildiyimiz kimi Azərbaycanda Paypal-ın tam istifadəsi mümkün deyildir. Yəni birtərəfli olaraq, bizlər Paypal vasitəsilə yalnız nə isə alaraq onun pulunu ödəyə bilirik. Amma bizim Paypal hesabımıza kimsə pul göndərərsə, bu baş tutmur. Qeyd edim ki, bu problem yalnız bizim ölkəmizdə deyil, bir neçə ölkədə də mövcuddur.
Bu problemi aradan qaldırmaq üçün yəni Azərbaycanda Paypal hesabımıza pul qəbul etmək və onu nağdlaşdırmaq üçün 2 yol var.

1-ci yol:

1-ci yol belədir - Biz Paypal-dan qeydiyyatdan keçərkən ölkəmizi Azərbaycxan deyil, ABŞ kimi göstəririk. Bunun üçün sizə bütün qeydiyyat məlumatlarınızı ABŞ-lı biri kimi göstərməyə kömək edəcək bir sayt verirəm. www.fakenamegenerator.com  saytına daxil olaraq “Gender” bölməsinə cinsinizi(Male-kişi, Female-qadın) seçirsiniz, “Country” bölməsinə isə ölkəni seçirsiniz (ABŞ daha məsləhətlidir). Daha sonra isə “Generate” butonuna klikləyərək, sizə verilən məlumatlarla Paypal-da qeydiyyatdan keçirsiniz. Bu yolla Paypal profil məlumatlarınızı 40%-dək doldurmuş olursunuz. Qalan məlumatlardan ən əsası isə telefon nömrənizdir ki, bunu yazmaq mümkün deyildir(Qeydiyyat zamanı ölkəni ABŞ seçdiyimiz üçün biz yalnız ABŞ-a aid telefon nömrəsi yaza bilirik), çünki Paypal-da qeydiyyat zamanı qeyd etdiyiniz telefon nömrəsinə, kimliyinizi təsdiqləmək üçün kod göndərilir. Diqqət yetirməniz bir nöqtə var ki, o da “Paypal hesabınıza pul daxil olan zaman sizdən istəniləcək kodun telefonunuza və ya e-mail adresinə göndərilmə seçimi”dir. Və buradan da bizə aydın olur ki, biz profil parametrlərində bizə ediləcək xəbərdarlığın yalnız e-mail yolu ilə edilməsini aktiv etməliyik.



Bu sistem(1-ci yol) leqal olmadığına görə və sonradan Paypal sizdən öz profilinizi təsdiqləmək üçün telefon nömrənizi tələb edəcəyi üçün yaxşı yol-uzunömürlü deyildir. Buna görə də 2-ci, əsas yola ehtiyac var.

2-ci yol:

Bu yol həm leqal, həm də profiliniz 100% doldurulduğu üçün ən yaxşı yoldur. Bu sistemi özüm uzunmüddətli axtarışlardan sonra tapmışam. Necə deyərlər kəşf etmişəm J.

Beləliklə Azərbaycanda Paypal-ın tam istifadəsi:

Sizə aşağıda verəcəyim saytlardan profili 100% doldurulmuş Paypal hesabları ala bilərsiniz, yəni bu paypal hesabı ilə artıq Azərbaycanda pul qəbul edə bilərsiniz, həmin hesabları xarici ölkələrdə(Paypal-ın tam fəaliyyət göstərdiyi ölkələrdə) qeydiyyatdan keçib həmin hesabları pulla satırlar, amma bu saytları araşdırarkən biraz diqqətli olmalısınız, çünki online dələduzlar həddindən artıq çoxdur. Əgər ingiliscə yaxşı bilirsinizsə, bu məsələni özünüz də internetdə “Buy verified PayPal Account” yazaraq axtarış edə və tapdığınız saytları təhlükəsizlik, etibarlılıq baxımından araşdıraraq hədəfinizə çata bilərsiniz.

Sizə verəcəyim saytlar:






Diqqət!     Yuxarıda deyilənlərin həyata keçirilməsi zamanı yaşaya biləcəyiniz hər hansısa bir maddi ziyan və ya digər zərərlərə görə özünüz məsuliyyət daşıyırsınız. 

Paypal-dan Azərbaycanda necə istifadə etmək olar,

Yorumlar