Daha çox su içmək üçün nə etməliyik?

Daha çox su içmək üçün nə etməliyik?




Su insan həyatı üçün çox böyük önəm daşıyır. İnsan bədəninin çox böyük bir hissəsinin sudan ibarət olduğunu da nəzərə alsaq, suyun həyatımızdakı rolunu anlaya bilərik. Bütün orqanlarımızın suya ehtiyacı var. Həzm sistemindən tutmuş hüceyrələlərin təzələnməsində belə su böyük rol oynayır. Buna görə də bədənimizin suya olan tələbatını qarşılamaq üçün gün ərzində ən azından 2 litr su içmək lazımdır. Bəzi insanlar deyirlər ki, əgər bədənimin suya ehtiyacı olsaydı, tələb edərdi. Bu çox yalnış düşüncədir. Məhz belə deyənlər üçün bir neçə məsləhətim  var. Əgər ürəyiniz su istəmirsə, suyun sizin bədəniniz üçün olan faydasını daima ağlınızda saxlayın. Hər gün səhər yuxudan oyanan kimi ilk iş 1 stəkan su içmək olsun, eləcə də hər axşam yatarkən 1 stəkan su içməyi ehmal etməyin. Yemək yeməzdən əvvəl və sonra su için. İş stolunuzun üzərinizdə mütləq su olsun. Əgər suyun dadını sevmirsinizsə, onu özünüz üçün daha dadlı bir hala gətirə bilərsiniz. Məsələn, içərisinə limon suyu,nanə və buz qataraq, çox dadlı bir içki yaratmış olarsınız. Və ya suya yaşıl alma qataraq ona aroma dadı verə bilərsiniz. Qısacası, bu işi özünüz üçün həm daha əyləncəli hala gətirmiş olarsınız, həm də bədəninizin su ehtiyatını qarşılayarsınız . Su içməyi yaddan çıxartmamaq üçün görə biləcəyiniz yerlərə post-it kağızlar yapışdırmaq da yaxşı olar. 

Yorumlar