Xurmanın xeyirləri nələrdir?

Xurmanın xeyirləri nələrdir?




Xurma insanlar üçün əvəzolunmaz bir meyvədir. Xurmanın faydalarından nə qədər danışsan da bitməz. Bu meyvə Allahın insanlar üçün yaratdığı bir nemətdir. Yalnız bunu demək kifayətdir ki, Allahın yaratdığı bitkilər, meyvələr arasından yalnız bir neçəsinin adını öz müqəddəs kitabı Qurani-Kərimdə qeyd etmişdir. Bunlardan biri də xurmadır. Hətta Allah Cənnətdə də xurma bağlarının olduğunu qeyd etmişdir. Xüsusilə indi Ramazan ayında xurma süfrələrimizin vaz keçilməzidir. Ramazan ayında oruc tutanların xurmadan istifadə etməsi məsləhət görülür. Çünki xurma insanı tox tutur, gec acdırır. Hətta peyğəmbərimizin( s.a.s) dövründə gün ərzində bir xurma ilə oruc tutanların olduğu da qeyd edilmişdir. İndi isə xurmanın bəzi faydalarına nəzər yetirək.
Xurmanın tərkibi bir sıra vitaminlər, karbohidratlar, zülallar, dəmir, sink, fosfor, kalsium, kalium, maqnezium və s. zəngindir. Buna görə də xurma immuniteti gücləndirir, xəstəliklərə qarşı muqaviməti artırır. Qan azlığında istifadə olunur təbii qan artırıcıdır. Qan damar sisteminin inkişafına müsbət təsir edir. Hətta qan təzyiqi olan insanlar da az miqdarda olmaq şərti ilə xurmadan istifadə edə bilərlər. Xurmadan hamilə qadınlar və süd verən analar da istifadə etməlidir. Hamilə qadınlarda uşağın inkişafına, süd verən analarda isə süd ifrazının artmasına səbəb olur. Xurma böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Qaraciyər və öd kisəsinə müsbət təsir edir. Görmə qabiliyyətini yaxşılaşdırır. İştahsızlığı aradan qaldırır. Bir sözlə, çalışmaq lazımdır ki, xurma heç bir zaman süfrəmizdən əskik olmasın.

Yorumlar