Saxta pul necə müəyyən olunur?

Saxta pul necə müəyyən olunur?




-Saxta pul, ilk növbədə, görünüşünə görə əsil puldan fərqlənir.

-Saxta pullarda rəng əsasən solğun olur.

-Pulun ölçüsü orijinaldan fərqlənir.

Bundan başqa mühafizə elementlərində də fərq hiss edilir.
Pulların mühafizə elementləri təkmilləşdikcə saxta pul fırıldaqçıları da texnologiyaları təkmilləşdirirlər. Buna görə, bəzən saxta pulu adi gözlə müəyyən etmək çətin olur. Bu zaman xüsusi ultrabənövşəyi işıq altında pulun həqiqiliyini görmək mümkün olur. Belə ki, bu cür şüa əsil pulun gizli nişanlarını göstərdiyi halda bu saxta pulda olmur.

Saxta pul müəyyən edən qələm ala bilərsiniz.

Saxta pulun müəyyən olunması üçün ən asan yollardan biri “saxta pul qələmi”dir. Şübhələndiyiniz hər hansı bir pulun üzərinə bu qələmlə xətt çəkin. Əgər pul orijinal puldursa, onda əvvəl pulun üzərində sarı bir iz görünəcək, daha sonra bu sarı iz buxarlanaraq yox olacaqdır. Yox əgər pul saxtadırsa, onda qələmlə pulun üzərinə çəkdiyiniz xətt daimi qalıcı olacaqdır. Bu qələm orijinal pula zərər vermir.

Saxta pul necə müəyyən olunur, Saxta pulun müəyyən olunması, 

Yorumlar