Kurikulum nə deməkdir?

Kurikulum nə deməkdir?




Kurikulum latın sözü olub Azərbaycan dilində mənası isə yol və ya istiqamət deməkdir. Kurikulum termini beynəlmiləl söz olduğuna görə o Azərbaycan dilində də kurikulum kimi işlənir.

Kurikulumun səciyyəvi xassələri hansılardır?

Kurikulum təhsil sistemində işlənən bir termin olduğuna görə ümumiyyətlə təhsildə baş verən bütün yeniliklərin, irəliləyişlərin əldə olunması üçün tərtib olunmuş planlar, sistemlər və s. işlərlə təhsilin müasirləşdirilməsi və inkişaf etdirilməsi və inteqrasiya olunması nəzərdə tutulur.

Azərbaycanda kurikulum sisteminin qəbul olunması ilətəhsil sistemi öz yeni inkişaf mərhələsinə qədəm qoydu və bunu misallarla göstərə bilərik ki, siz də aydın şəkildə onun təhsilə olan xeyirlərini görə bilərsiniz. Məsələn: Şagirdlərin qiymətləndirilməsi ənənəvi qiymətləndirməyə nisbətən kurikulum sistemində, yəni müasir sistemlə daha keyfiyyətlidir və bir sıra üstünlüyü vardır. Çünki ənənəvi qiymətləndirmədə şagird yalnız qiymət üçün oxuyurdu, amma kurikulum sistemində, yəni yeni müasir qiymətləndirmədə isə şagirdə verilən qiymətlər onun aldığı təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir.

Kurikulum rəsmi və ya qeyri-rəsmi olmaqla 2 yerə bölünür. Rəsmi kurikulum dövlət məktəblərində həyata keçirilən, qeyri-rəsmi kurikulum isə məktəbdən kənar, yəni şahmat kulubu, müxtəlif idman kulubları və s. yerlərdə həyata keçirilən işlərdir.

Kurikulum nə deməkdir, kurikulum nədir,

Yorumlar