Texnologiyanın insan həyatına fayda və zərərləri nələrdir?

Texnologiyanın insan həyatına fayda və zərərləri nələrdir?




Texnologiya 21-ci əsrdə o qədər uzun inkişaf yolu keçmişdir ki, artıq həyatımızın hər nöqtəsində ona yer ayırırıq. İstər mətbəxdə, salonlarda, istərsə də, iş yerlərlərində ona rast gəlmək mümkündür. Texnolgiyanın insan həyatına bir çox faydası var, amma bununla yanaşı həyata müəyyən qədər ziyanlar da vurur. İlk öncə texnologiya sayəsində insanlar hər yerdən internetə girə bilir və dünyada baş verən hadislərdən yerindəcə xəbər tuturlar. Bununla bərabər əvvəllər hər hansı mövzu üzrə kitabxnalarda saatlarla araşdırma aparırdılarsa, indi internetdə istənilən mövzu haqqında ətraflı öyrənə bilirlər. Bu inkişafa internetin insan həyatına bəxş etdiyi fayda kimi baxa bilərik , amma başqa yöndən baxsaq, buradakı zərərlər də gözdən qaçmaz. Məsələn, kitabxanalarda bir mövzu haqqında axtarış edərkən məlumatları sırf özünüz axtararaq tapırdınız və bu isə tədqiqatçılıq, axtarış bacarıqlarının inkişafına səbəb olurdu. İndi isə kiminsə tapdığı məlumatları heç bir çaba sərf etmədən istifadə edirik. Bundan əlavə texnologiya insan münasibətlərinə də təsir göstərib. Əvvəllər insanlar görüşər, hansısa mövzular haqda söhbət edər, hal-əhval tutardılar. İndi sadəcə sosial şəbəkələrdən istifadə etməklə əlaqə saxlayırlar ki, bu da insanlar arasındakı bağın qırılmasına səbəb olur, səmimiyyət azalır. Texnologiyadan istifadə səbəbindən təbiətə yayılan radiasiya şüaları da gözardı edilməməlidir. Bir də savaş və müharibələrdə texnologiyanın məhsullarından biri olan silahın nə qədər insan ölümünə səbəb olduğunu da hər kəs bilir. 

Yorumlar