Şokolad zərərlidirmi? Şokoladın zərərləri nədir?

Şokolad zərərlidirmi? Şokoladın zərərləri nədir?




Demək olar ki, şokoladı xoşlamayan çox az insan tapmaq olar. Bu yazımda sizlərə “şokoladın zərəri varmı?” sualına cavab yazacağam. Həkimlərin dediyinə görə şokolad yeyərkən diqqət edilməsi lazım olan nöqtə onun miqdarıdır. Bəzi araşdırmalara görə 60-70 qram arası tünd şokolad yeməyin zərəri yoxdur. Əgər tünd olmayan şokolad yeyəcəksinizsə, onda bu miqdar daha da az, 30-40 qram arası olmalıdır.

Yaxşı şokoladın zərərləri nədir?

Çox şokolad yeməyin artıq çəki almağınıza səbəb olur. Tünd və sadə şokoladdan başqa fındıqlı və digər qatqılı şokoladlar yemək daha çox kalori qəbul etmənizə və nəticədə artıq çəki almanıza səbəb olur. Şokolad yedikdən sonra dişinizi fırçalamasanız, dişləriniz çürüyə bilər. Miqren xəstəliyi olanlara həkimlər şokolad yeməyi qadağan edirlər. Bunun səbəbi miqren xəstələrinin şokolad qəbul etdikdən sonra ağrılarının şiddətlənmələridir.

Beləliklə aydın olur ki, şokolad çox da təhlükəli bir qida deyil, amma dişləri çürüdə bilər və çox qəbul edildiyi halda artıq çəki almanıza səbəb ola bilər.


Şokolad zərərlidirmi, Şokoladın zərərləri nədir,

Yorumlar