Saçlarımıza qarşı etdiyimiz səhvlər hansılardır?

Saçlarımıza qarşı etdiyimiz səhvlər hansılardır?




İstər qadın olsun istər kişi elə bir insan tanımıram ki, saçlarına diqqət yetirməsin. Hər kəs saçlarını qorumağa çalışır. Saç tökülməsi bir çox insanın qorxulu kabusuna çevrilib. Bunu özünə kompleks edib utandığından çölə çıxmaq istəməyənlər belə var. Maddi imkanı olanlar saç əktirməklə bu problemdən yaxa qurtarmağa çalışırlar amma bəzən bu da kömək etmir. Düzgün qulluq etmədikdə yenə eyni problemlə qarşılaşırsan. Yaxşısı budur ki, vaxtında saçlarımızın qədrini bilib onlarla düzgün rəftar etməyimizdir. Bəs bunun üçün nə etməliyik? Saçlarımıza qarşı etdiyimiz səhvlər hansılardır?
   Birincisi saçımızı yuduğumuz sudur. Bəzən saçımızı isti hətta qaynar su ilə yuyuruq. Düşünürük ki, belə yaxşıdır. Olmaz! İsti su ilə yuyulduqda tüklərin altındakı piy vəziləri əriyir və tük kökləri zədələnir. Bu da tökülməyə səbəb olur. Çalışmaq lazımdır ki saçları ilıq su ilə sanki masaj edir kimi yuyasan.
     İkincisi saçı nəmli saxlamaqdir. Bəzən saçımızı bir dəsmalla sarıyıb qurumasını gözləyirik. Belə etdikdə saçın kökləri nəmli qalır və yenə zədələnir. Yaxşı olar ki saçınızı otaq tempraturunda qurudasınız. Saçı qurutmaq üçün fendən istifadə etməyinizi də məsləhət görmürəm. Fendən çox istifadə etdikdə saçda saç qıranlar əmələ gəlir.  Eyni zamanda fen həm saç dibini, həm də tükləri zəiflədir.
     Üçüncüsü saçı nəmli-nəmli daramaq olmaz. Saçları yumazdan əvvəl quru ikən darayıb sonra yumaq lazimdir. Saçları sulu daradıqda saç qıranlar əmələ gəlir. Bunlar da saçı zəiflədir və cansız görünməsinə səbəb olur.
      Son olaraq isə başınızı barmaq uclarınızla  masaj edin. Bu başınıza qan dövranının yaxşı işləməsinə kömək edər. Başınıza qan dövranı yaxşı işləməsi isə saç tökülməsinin və baş ağrılarının qarşısını alar.

Saç tökülməsi, saç tökülməsinin səbəbləri,

Yorumlar