PTC, PTR, PTS, PTSu, PTP, nədir?

PTC, PTR, PTS, PTSu, PTP, nədir?





İnternetdə PTC, PTR, PTSU, PTP, GTP kimi anlamlarını bilmədiyimiz, adları qısaldılmış ifadələrə tez-tez rast gəlirik. Yaxşı nədir bu PTC, PTR, PTSU, PTP, GTP ?

1. PTC nədir?

Açıqlaması “Paid To Click” olan bu kəlmənin Azərbaycanca mənası isə “Klik başına ödəmə” deməkdir. Bu sistemlə işləyən minlərlə saytlar var ki, onların əksəriyyəti ya “Scam”(pul ödəməyən) olur, ya da ki, çox cüzi miqdarda pul ödədiyindən bir ay hər gün bu işlə məşğul olsan da belə ayda 1-2 dollar pul qazana bilərsən. Əksəriyyəti orta hesabla hər kilik başına 0,0001 dollar verir ki, bu reklamların da bir limiti var. Ona görə bu tip saytlardan uzaq durmaq lazımdır, çünki vaxt itkisindən başqa şey deyil.

2. PTR nədir?

PTR sözünün açıqlaması isə “Paid To Read”dir. Yəni “Hər oxunan email başına ödəmə” deməkdir. Bu sistemlə işləyən saytlar da kifayət qədər çoxdur. Işləmə prinsipi isə belədir: Qeydiyyatdan keçdikdən sonra email adresinizə emaillər gəlir. Gələn email reklam xarakterli olur və siz ona klik edərək həmin sayta yönləndirilirsinz. Açılan səhifədə “pulunuz hesabınıza keçdi” yazısını görmədən səhifəni bağlamamanız lazımdır. Bu sistemdə diqqət etməniz bir nöqtə var ki, o da qeydiyyatdan keçdiyiniz saytın mütləq “İnternetional members”, yəni beynəlxalq istifadəçiləri qəbul etməsidir. Məsləhətli PTR saytı

3. PTS nədir?

PTS sözünün açıqlaması isə “Paid To Signup”dır, yəni qeydiyyat başına ödəmə deməkdir. Bu sistem digərlərinə nisbətən ən yaxşısıdır. Qeydiyyat başına  0,1-0,5 dollar kimi pul ala bilərsiniz. Sistemin işləmə prinsipi isə belədir: Reklamverən saytını PTS saytına verir. Biz də həmin o saytada qeydiyyatdan keçirik. Bəzi PTS saytları üçün qeydiyyatdan sonra e-poçta gələn aktivetmə emalini klikləməyimiz vacib olur, bəziləri üçün yox. Daha sonra bu aktivetmə emailini PTS saytındakı qutucuğa daxil edib, təsdiqləmək üçün göndəririk.

4. PTSu nədir?

PTSu sözünün mənası “Paid To Surf”, yəni sörf et pul qazan. Bu sistemlə işləyən saytlarda axtarış edərək, videoya baxaraq və s. verilənləri internetdə yerinə yetirərək pul qazanılır. Bu sistem də effektiv deyil, yəni buradan qəpik-quruş qazana bilərsiniz.

5. PTP nədir?

PTP sözünün açıqlaması isə “Paid To Promote”dir, Azərbaycanca mənası isə “Göstər, tanıt qazan” deməkdir. Bu sistemlə işləyən saytlarda qeydiyyatdan keçdikdən sonra sizə məxsus linklər və bannerlər olur. Siz bu linkləri və ya bannerləri 1000 adama kliklətdirib, minimum 0,5-1 dollar arası pul qazana bilərsiniz. Bu sistemdə “ticarət üsulu”ndan istifadə edərək qazancınız artıra bilərsiniz. Belə ki, yuxarıdakı sistemlərdə bu dəfə verən biz olacağıq. Bu PTP saytlarındakı link və bannerlərimizi əvvəl izah etdiyim sistemlərdə(PTC, PTR, PTSu və s.) reklam olaraq verəcəyik və pulunu ödəcəyik. Misal üçün x PTC saytına 5000 klikə 1,5 dollar ödəyəcəksiniz. PTP saytlarında 1000 klik 1 dollardırsa, artıq siz 5000 klikə 1,5 dollar verərək onu 5 dollara satmış olursunuz və 3,5 dollar qazancınız olur. Amma burada bir nöqtə var ki, burada diqqətli olmalısınız. “Approved sites” deyilən bir şey var. Yəni PTP saytları hər yerdən gələn trafiki qəbul etmirlər. “Approved sites” sözünün mənası da elə bu anlamdadır. PTP saytlarının hansı trafikləri qəbul etdiyini bilmək üçün “Approved sites” bölməsinə baxa bilərisiniz.

PTC PTR PTS PTSu PTP nədir,

Yorumlar