Bəhs etdiyim bir çox cəmiyyətlər
üçün müzakirəsində məhdudiyyətlər olan bu mövzu ilə bağlı aktuallaşmış suallar
hələ də qalmaqdadır. Masturbasiya zərərli, yoxsa
faydalıdırmı? Təbii ki, bu mövzu ətrafında elmi nöqteyi nəzərdən birmənalı
fikir söyləmək iqtidarında olsaqda, dini-əxlaqi kriteriyalar
baxımından bu davranış hadisəsinin günah olduğunu qeyd edən ictimai şüur mövcud
olmaqdadır. Qeyd olunan davaranış hadisəsinə qarşı birmənalılığı aradan
qaldıran din amili nə qədər labüd fikirlər məcmusu olaraq qarşılansa belə bu
mövcud real həqiqət haqqında əsaslı yanaşmalara heç bir təsir göstərə bilmir. Məsələ
burasındadır ki, kimliyindən asılı olmayaraq hər kəs bu
davranış hadisəsinin eyforiyasında olmaqdan qaça bilmir. Lakin mətləbdən uzaqlaşmadan
bu bialoji davranış hadisəsinin zərərli, yoxsa faydalı olması ilə bağlı birmənalı
qənaətə gələk: Araşdırmalar göstərir ki, hər bir insanın cinsi ehtiyyacı
olduğundan bu cinsi ehtiyyac ödənilmədiyi təqdirdə insanda strees, qəzəb, ürək
və damar xəstəlikləri, hormonların fəaliyyət pozğunluğu halları baş verə bilər
ki, bu da anlaşıldığı kimi sağlamlığa zərərlidir. Deməli, masturbasiya ilə məşğul
olmaq insan sağlamlığına zərərli yox, faydalıdır. Faydaları: Rahatlaşmaya səbəb
olur; Cinsi həyatın aktivliyi üçün vacibdir; Özünə inamı artır; Yuxusuzluq
problemini aradan qaldırır; Xroniki xəstəliklərə qarşı həssaslığı azaldır. Masturbasiya zərərli, yoxsa faydalıdırmı, masturbasiya zərərlidirmi,
Yorumlar
Yorum Gönder