ADSL modem necə quraşdırılır?

ADSL modem necə quraşdırılır?




Evinizə internet çəkdirmək istəyirsiniz, amma ADSL modemini necə quraşdıracağınızı bilmirsiniz?

Bu yazımda "ADSL modem necə quraşdırılır?" sualını sizlərə qısa və sadə dildə izah edəcəyəm.

1-ci addım: Telefon xəttinin “Splitter”ə taxılması-“Splitter”in cəmi 3 rozetkası var. 1-i bir tərəfdə, 2-si isə digər tərəfdə. Biz telefon xəttini 1 rozetka olan tərəfə taxacayıq. Bunu aşağıdakı şəkildə də görə bilərsiniz.




2-ci addım: Telefon xəttinin telefon cihazına taxılması-İnternetlə bərabər telefonun da problemsiz işləməsi üçün telefon cihazı ilə “Splitter” arasında əlaqələndirici xəttinin bir ucunu telefona, digər ucunu isə “Splitter”in üzərində “Phone” yazılan rozetkaya taxın. Telefondan istifadə etməyəcəksinizsə, onda bunu etməsəniz də olar.



3-cü addım: ADSL modemin “Splitter”ə taxılması-İkinci əlaqələndirici xəttin bir ucunu modemdəki “ADSL” yazılan rozetkaya, digər ucunu isə “Splitter”dəki “modem” yazılan rozetkaya taxın.

4-cü addım: Ethernet(internet) xəttini kompüterə taxın-internet xəttinin bir ucunu modemə, digər ucunu isə kompüterə taxın.

5-ci addım: Modemi açın-Modemin adapterini taxıb, elektrikə qoşun. “On-Off” düyməsinə basaraq modemi işə salın. Modemin üzərindəki işıqlardan “ADSL” yanırsa, deməli bağlantınız vardır.

6-cı addım: İP adresin qeyd olunması-Modemin menyusuna daxil olun. Parametrləri daxil etmək üçün internet brauzerinizi açıb, modemin təlimat kitabçasında göstərilən İP adresini qeyd edin.

Qeyd: Modemin menyusuna daxil olduqda qarşınıza şifrə istəyən bir səhifə çıxa bilər. Təlimat kitabçasında səhv yazılmayıbsa, ilk girişlərdə yalnız “Ok” düyməsinə basaraq bu ekranı keçə bilərsiniz.

7-ci addım: Bağlantı parametrlərini düzəldin-“ADSL-Bağlantı parametrləri” menyusuna daxil olun.

Qeyd: Modemlərin müxtəlifliyindən asılı olaraq bu menyunun adı: ADSL/WAN-Bağlantı parametrləri/İnternet parametrləri kimi müxtəlif ola bilər.

8-ci addım: Protokol dəyərinin seçilməsi-Protokol dəyərini “PPPoE” olaraq seçin. Xidmət provayderinizdən aldığınız “istifadəçi adı” və “Şifrə”ni müvafiq yerlərə daxil edərək yaddaşa verin.

9-cu addım: İnternetə bağlanın-Yeni parametrləri yaddaşa verdikdən sonra artıq internetə bağlana bilərsiniz, əgər internetə bağlanmaqda problem yaşasanız,  xidmət provayderinizlə əlaqə saxlayaraq kömək istəyə bilərsiniz. Bu qədər, “ADSL modem necə quraşdırılır?” sualına da cavab tapmış oldunuz. Sizə aydın olmayanlarla bağlı rəy yaza bilərsiniz.

ADSL modem necə quraşdırılır, modem qurmaq,

Yorumlar