Elektrik istehsal edən yay


ABŞ-ın nüfuzlu üniversitetlərindən (MIT) tələbələri, yoldakı çuxur və təpələrdən elektrik istehsal edən təsirli bir yay icad edib. İnkişaf etdirdikləri yayın ancaq avtomobillərdə istifadə edilən yaylardan daha yumşaq bir səyahət imkanı yaratdığını bildirən tələbələr, kəşflərinin Amerika ordusu və bəzi yük maşını istehsalçılarının qayğısını çəkdiyini qeyd edib. Kəşfi edən tələbələrin sözçüsü Shakeel Avadhany, icad etdikləri sistemin, bütün vasitələrin yanacaq ehtiyacının yüzdə 10-unu qarşılayacağını bildirib. Tələbələrin yay prototipi "Genshock", bir generatora bağlı turbini işlədən bir hidravlik sistem istifadə edir. Adi yaylardan daha yumşaq bir yolçuluq təmin edən sistem, batareyaları doldurma edəcək və ya elektrik təchizatını işləyəcək elektrik istehsal edir.Standart bir Amerikan avtomobil yolunda, bir yük maşınına bərkidiləcək 6 yay sisteminin orta hesabla 1 kilowatt elektrik istehsal edəcəyini ortaya çıxaran MIT tələbələri, sınaqlarında bunun böyük bir yük avtomobilinin elektrik ehtiyacını təmin edə, hətta soyutma sahəsi kimi cihazları da işlədəcək qədər enerji təmin etdiyini bildirdilər.

Yorumlar