Elektrik xərclərinə son verəcək kəşf



Elm adamları alternativ enerji qaynaqları üçün axtarışlarını sürətləndirib. Edilən yeni bir araşdırmada yerdə generatora bağlı 800 metr hündürlükdə uçurulan yalnız bir çərpələngin 10 kV elektrik istehsal etdiyi bəlli oldu.


İlk sınaqlarında uğurlu olan elm adamları indi çərpələngdən 50 kV-lıq elektrik istehsal etmək üçün genişmiqyaslı işlərə başlayıblar. "Ladermill" adını verdikləri işdə bu  dəfə daha çox çərpələngdən istifadə ediləcəklər.

Google-dan dəstək

Layihədə professor Ockelsa dəstək verən Google isə yerdən 800 metr yüksəyə qalxa bilən çərpələnglər üçün sərmayə qoydu. Şirkət Amerikada çərpələng istehsalçılarından biri ilə razılaşaraq bu işə 10 milyon dollar yatırıb.

Google və Ockelsin komandasının əsas məqsədi, yerdə hasil edilən enerjidən daha bərəkətli və daha etibarlı olan yüksək sürətlə əsən küləkdən əldə edilən enerji layihəsini həyata keçirməkdir.


Mütəxəssislər yerdən zəncirlə generatora bağlanan və 800 metr hündürlükdə elektrik enerjisi istehsal edən çərpələngləri gələcəyin enerji mənbəyi kimi görür.

Yorumlar