Yoqurt necə düzəldilir?


Yoqurt necə düzəldilir?



Tərkibi:

1 litr süd;

1 xörək qaşığı yoqurt.

Hazırlanması:

Südü qaynadın, qaynadan zaman 5-10 dəqiqə qarışdırın. Süd qaynadıqdan sonra odu söndürün və 15-20 dəqiqə zəif odda, qaynatmadan temperaturunu qoruyaraq bişirməyə davam edin. Qaynaddığınız südü mayalamaq istədiyiniz qaba boşaldın. Qaynadıb, soyumaya qoyduğunuz südə mayalama temperaturu üçün tez-tez nəzarət edin. Barmağınızı südə salın əgər barmağınızı südün istiliyində saxlaya bilirsinizsə, deməli maya üçün lazımi hərarəti var.
Kasada bir neçə xörək qaşığı ilıq südlə (maya üçün hazırladığınız süddən istifadə edə bilərsiniz) qarışdırdığınız otaq temperaturundakı yoqurtu südə əlavə edin və qarışdırın.
Mayalayarkən südün istiliyini qoruması üçün qalın bir örtük ilə ətrafını və üzərini yaxşıca örtün.

Beş-altı saat sonra üstünü açın və soyuducuya qoyun. Soyuducuda ən azı 5-6 saat, mümkünsə bir gün saxlayın. Soyuducuda saxlanma müddəti nə qədər uzadılsa daha yaxşı alınar. Nuş olsun!

Yorumlar