Xoruldamanı müəyyən edən cihaz

"Mən heç vaxt xoruldamıram" deyənlərin nəzərinə: 



Bu ecazkar proqram ilə hər kəs özünün xoruldayıb-xoruldamadığını, həmçinin yuxu görüb-görmədiyini və nə qədər dərin yatdığını yoxlaya bilər. 

İngiltərəli Rubinin iphone üçün inkişaf etdirdiyi Zeo adlı alətin işləmə prinsipi belədir:

Saç bantı şəklindəki aləti yatmazdan əvvəl başınıza qoyursunuz. Alət əldə etdiyi məlumatları iphone-a ötürür. Sistem sayəsində xoruldayıb-xoruldamadığınızı, həm də yuxunuzun nə qədər sağlam olduğunu öyrənirsiniz.

Alət yuxu görüb görmədiyinizə və nə qədər dərin yatdığınız barədə də məlumat verir.

Yuxu xalı 100-dən az olanların bir mütəxəssisə müraciət etməsi tövsiyə edilir.

Bu yuxuölçən alətin qiyməti 140 dollardır.

Yorumlar