Tom Kruz kimdir?

Tom Kruz kimdir?



Tam adı Tomas Cruise Mapother olan Tom Kruzun anası Mari Li müəllimə, atası Tomas Cruise Mapother isə elektrik mühəndisi idi. Atası girdiyi hər işdən qısa müddətdə qovulduğu üçün ailəsini yeni iş axtarışlarının arxasınca qəsəbə qəsəbə gəzdirmişdi, buna görə 14 yaşına qədər ABŞ və Kanadada səkkiz orta məktəbdə və üç liseydə oxudu. 11 yaşında olarkən Tom Cruise-un anası ilə atası 1974-cü ildə boşandılar. Anası və ögey atası ilə birlikdə Nyu-Cersidə yaşayan Tom Cruise, lisey illərində aktyorluğa maraq göstərməyə başlayanda keşiş olma istəyindən əl əkdi. Tom Cruise təhsil aldığı Glen Ridge Liseyindəki tələbələrin oynadığı "Guys and Dolls" adlı tamaşada səhnəyə ilk addımını atdı. 1980-ci ildə 18 yaşında olarkən o məktəbdən ayrıldı. 


Kinoya 1979-cu ildə Franko Zeffirellinin "Endless Lav" ("Sonsuz Məhəbbət") adlı filmiylə başladı. Sonra 1981-ci ildə Corc Skot, Timoti Hutton və Sean Penn ilə birlikdə rol aldığı Taps filminə çəkildi. İlk dəfə “Qızıl Kürə” mükafatına namizəd göstərildiyi 1983-cü ildə "Risky Bussiness” (Riskli İş), 1986-cı ildə “Top Gun” (Super silah) adlı filmlərdə rol aldı. Ardından “The Color of Money” (Pulun Rəngi), “Rain Man” (Yağış Adam), ilk dəfə Oskara namizəd göstərildiyi “Born on the Fourth of July” (4 İyul Ad Günü) və “Fara and Away” (Uzaq Üfüqlər) adlı filmlərdə baş rolda çəkildi.


1993-cü ildə çəkildiyi Leytenant J.G.Daniel Kaffee roluyla kamera qarşısına keçdiyi “A Few Good Man” (Bir Neçə Yaxşı Adam) filmindəki çıxışı üçüncü dəfə “Qızıl Kürə”yə namizəd göstərildi. 1996-cı ildə rol aldığı Ceri Maguire isə ən yaxşı aktyor nominasiyasında ikinci dəfə “Oskar”a namizəd göstərilərkən, ən yaxşı aktyor nominasiyasında “Qızıl Kürə” mükafatına layiq görüldü.

1999-cu ildə Stenli Kubrickin “Eyes Wide Shut) (Gözləri tamamilə qapalı) adlı filmdə həyat yoldaşı Nicole Kidman ilə birlikdə kamera qarşısına keçdi.

İlk evliliyini 1987-ci ildə 24 yaşında keçirib. O dövrün məşhur qadın aktyorlarından 31 yaşlı Mimi Rocers ilə evlənmişdi və xanımı özündən 7 yaş böyük idi. Üstəlik Mimi Rocers 1950-ci illərdə elmi fantastika yazıçısı L. Ron Habbard tərəfindən yaradılan Scientology dininin üzvü idi. 

Tom Cruise 1990-cı ildə "Days Of Thunder" adlı filmin çəkilişində Nicole Kidman ilə tanış olur. Tom Cruise o vaxt Mimi Rocers ilə evli olsa da, bir müddət sonra Mimi Rocers ilə boşanırlar. O vaxtlar 22 yaşında bir katolik olan Nicole Kidman ilə 1990-cı ilin Milad gecəsində evlənirlər.

1987-1990-cı illər arasında Mimi Rocers, 1990-2001-ci illər arasında Nicole Kidman ilə evli qaldı.




Evlilikləri:

1-ci Evliliyi: Mimi Rocers (9 May 1987 - Yanvar 1990)

2-ci Evliliyi: Nicole Kidman (24 Dekabr 1990 - 8 Avqust 2001) 

3-ci Evliliyi: Katie Holmes (18 Noyabr 2006-indiyədək)

Yorumlar