Hamiləlik necə baş tutur?

 Necə hamilə qalmaq olar? Hamiləlik nədir? Hamiləlik necə baş tutur?




Hamiləlik, qadının çoxalma hüceyrəsi olan yumurta ilə, kişinin çoxalma hüceyrəsi olan spermanın qadın çoxalma orqanlarının bir hissəsi olan kanallarda qarşılaşaraq, spermanın yumurtanı mayalandırması nəticəsində yeni bir canlının, yəni uşağın yaranmasıdır.

Hamiləlik normal fizioloji hadisəsidir
Hamiləlik hadisəsində demək olar ki, bütün orqanizm sistemləri təsirlənir. Buna görə də, doğuş öncəsi baxımın önəmi çox böyükdür.

Hamiləliyin formalaşması

Hamilə qalmaq üçün ən uyğun zaman, iki menstruasiya(Aybaşı, heyz) qanamasının ortalarına rastlanan günlərdir. Bu günlərdə qadının yumurtalıqlarından bir yumurta atılır və bu yumurta hüceyrəsi iki gün yaşayır. Bu səbəblə də, qadın, iki menstruasiya(Aybaşı, heyz) qanamasının təxminən ortalarında rastlanan yumurtlama gününün 3 gün əvvəli və 2 gün sonrasında hamilə qala bilər.

Cinsi əlaqə zamanı qadının vaginasına(qadın cinsi orqanının daxili) boşalan kişilərin toxum hüceyrələri (spermalar), vaginadan uşaqlıq yoluna doğru hərəkət edirlər. Qadının yumurtası borucuqlarda kişinin sperması ilə qarşılaşırlar. Milyonlarca spermadan yalnız biri yumurtanı mayalandıra bilər. Kişi toxum hüceyrələrinin (sperma), qadın orqanizmində yaşama müddətləri təxminən 3 gün olduğundan, bu müddət içərisində bir də cinsi əlaqə olmasa da belə yumurta mayalana bilər.

Mayalanmış yumurta dəyişməyə başlayır və borucuqlarda gedərək 5-6 gün ərzində bətnin içinə gəlir, bətnin qalınlaşan iç təbəqəsinə yerləşir, sonra bu təbəqəyə basdırılaraq inkişafını davam etdirir.

Yumurtanın mayalanması və bətnin içinə yerləşməsi, menstruasiyanı(Aybaşı, heyz) dayandırır. Hamiləliklə bağlı dəyişikliklər ortaya çıxmağa başlayır. Uşaqlıq yumşalır və getdikcə böyüyür.


Yorumlar