Kiber hücum nədir?

Kiber hücum nədir?




Kiber hücum-Kompüter və internet sahəsində ixtisaslaşmış şəxslərin bir hack qrupu yaradıb dövlət, polis, bank və şəxslərin kompüter sistemlərinə və hesablarına zərər vermə əməliyyatıdır. Kiber hücum sayəsində ələ keçirilən hesabdakı gizli məlumatlar ifşa oluna və ya çox mühüm məlumatlar silinə bilər. Boşluqların axtarılıb tapılması hakerlərin tez-tez istifadə etdikləri soxulcanlar, troyenlər və s. viruslar sayəsində olur. Hakerlər bəzi kibernetik hücumları şəxslərə, firma və ya daha böyük qurumlara etməklə kifayətlənməyib, hətta ölkələrarası hücumları da həyata keçirirlər. Kiber hücumların çox yüksək nöqtələrə çıxıb ölümlə sonlanan hücumları da məlum olan faktlar sırasındadır. Məsələn: Telefonla danışma əsnasında partlatma kimi kiber hücum hərəkətləri hadisənin ciddiliyini anlamaq üçün yetərli olar. 

İnsanlar və dövlətlər arasında kiber hücum

İnsanlar arasında kiber hücumlarda şəxslərin hesablarının şifrələri ələ keçirilir, xüsusi veb saytlarına hücumlar edilir, virus və spam məktubları atılıb elektron hücumlar təşkil olunur. Və yaxud insanın fərdi hesablarındakı şəxsi məlumatlarını paylaşılır, nəşr olunmasa da üzərində bu məlumatlar sayəsində təzyiq olur. 

Dövlətlər arasında kiber hücumlarda isə dövlətlərin elektrik paylama şəbəkələrinə edilən bir hücum olarsa, elektriklə işləyən heç bir aləti istifadə etmək olmaz, elektron bankçılıq hücumunda banklardan və bankomatlardan pul çəkmək mümkün olmaz, qaz və neft kəmərlərində böyük çətinliklər çıxa bilər, şəhərdaxili yollarda işıq olmaz və bu səbəbdən də böyük qəzalar ola bilər və ən önəmlisi hava nəzarət mexanizminin itirilməsi nəticəsində təyyarələr havada toqquşa bilər.

Kiber hücuma məruz qalma nisbətləri

Kiber hücuma ən çox uşaqların və gənclərin məruz qaldığı, aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur. Kiçik yaşdakı uşaqlar və gənclər, böyüklərindən daha çox virtual mühitdə vaxt keçirirlər və bu hücumlardan necə qorunmalarını bilmirlər. Ehtimal olunan bir kiber hücum halında vahiməyə düşüb qorxaraq nə edəcəklərini bilmirlər. Və bu vəziyyət uşaqlarda ciddi psixoloji narahatlıqlara yol açır. Uşaqların hər bir sualın cavabını öyrənmə həvəsləri, kiber hücum planlaşdıran insanlar üçün yaxşı vasitədir. Bu səbəbdən də kiber hücuma məruz qalan kiçiklərə mütləq dəstək olmalı və lazımi hallarda psixoloji dəstək almağa belə aparmalıyıq.

Yorumlar