Cəsus vasitələr və oyuncaqlar



Amerika kimi güclü və texnologiyası inkişaf etmiş dövlətlər artıq cəsusluq işlərini həyata keçirmək məqsədilə cəsus vasitələr olaraq bu oyuncaqları istifadə edirlər. Amerika elmi belə cəsus göyərçin və cəsus ağcaqanad şəklindəki oyuncaqlar vasitəsilə rəqiblərindən məlumat qoparmağa çalışır.

"Cəsus Göyərçin"



"Spy Piegon"a baxdığınızda bir quşdan ayırd edilməyəcək şəkildə düzəldilib. Belə ki, bir quş kimi qanad çalmaq və elektrik məftillərinin üstünə qonmaq kimi yüksək bir hərəkət qabiliyyətinə sahib olacağı iddia edilir. Təqib etdiyi hədəfin tam təpəsinə qona biləcək cəsus göyərçin, ABŞ üçün düşmənlərini peykdən təqib etmə dövrünün arxada qalmasını təmin edəcək. Təhlükələrdən qorunması üçün ətrafındakı silahlarını istifadə edə bilməsi üçün qəbulediciləri də olacaq.

Flybot (Cəsus ağcaqanad)



Harvard Universitetinin tədqiqatçıları tərəfindən inkişaf etdirilən cəsus ağcaqanad, insan həyatını təhdid edən mühitlərdə düşmən mövqelərini kəşf etməsi məqsədilə hazırlanıb. Bioloji və kimyəvi silahların zəhərlədiyi regionlarda kəşfetmə xüsusiyyətinin olması ilə bərabər axtarış fəaliyyətlərində gizli bombaların yerinin müəyyən edilməsində də istifadə ediləcək.

Yorumlar