CV necə yazılır?

CV necə yazılır? 




Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. CV yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də sizi iş axtaran insanların arasında fərqləndirməlidir. CV 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır: 

1. Soyadınız, adınız, atanızın adı
Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə yazmaq məsləhətdir. 

2. Əlaqə məlumatları 
Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin. 

3. Məqsəd
Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz. 

4. Təhsiliniz (əsas və əlavə)
Həm əsas, həm də əlavə təhsiliniz: oxuduğunuz kurslar, məşğul olduğunuz seminarlar, iştirak etdiyiniz treninqlər, stackeçmə və s. barədə informasiyanı göstərin. Hər bir təhsil yeri barədə aşağıdakı zəruri məlumatlar göstərilməlidir:
daxil olmaq vaxtı;
qurtarmaq vaxtı (ay, il);
təhsil müəssisəsinin adı, fakültənin adı;
təhsil səviyyəsi (orta, orta texniki, natamam ali, ali və s.);
ixtisasın adı. 

5. İş təcrübəniz
Sonuncu (cari) iş yerinizdən başlayaraq hər bir iş yeriniz barədə aşağıdakı məlumatları göstərin:
daxilolma tarixi;
çıxma tarixi (ay, il);
şirkətin adı; 
şirkətin fəaliyyət istiqaməti;
sizin tutduğunuz vəzifənin adı;
funksional vəzifələriniz, mümkün qədər ətraflı;
qazandığınız vərdişlər, biliklər, bacarıqlar, nailiyyətlər (peşəkar fəaliyyətinizlə bağlı konkret faktlar). 
Bir qayda olaraq, son on ilə aid iş təcrübəniz barədə məlumatlar göstərilir. Tələbələr və məzunlar bu bölmədə həm ödənişli, həm də ödənişsiz iş (kurs işinin, diplom işinin yazılması, ictimai fəaliyyət) barədə məlumatlar göstərə bilərlər. 

6. Peşəkar vərdişlər və biliklər
Sizin xülasənin məqsədi olan ixtisas üçün münasib vərdişlərinizi və biliklərinizi sadalayın, həmçinin aşağıdakı məlumatları göstərin:
kompüterlə, xüsusi proqramlarla bağlı bilik səviyyəniz;
orqtexnika (faks, modem, skaner, surətçıxarma avadanlığı, ofis ATS-i və s.) ilə davranmaq bacarığınız; 

7. Peşə sertifikatları
Əgər varsa, onları göstərin 

8. Dil bilikləriniz
Hansı dilləri və hansı səviyyədə (ibtidai, orta, sərbəst) bildiyinizi göstərin. 

9. Şəxsi məlumatlar (göstərmək zəruri deyil)
Bu bölmədə aşağıdakı məlumatları göstərə bilərsiniz:
doğulduğunuz tarix;
ezamiyyətə getmək imkanınız;
ailə vəziyyətiniz, uşaqlarınızın olub-olmaması;
sürücü vəsiqənizin olub-olmaması.

CV formasını buradan yüklə



Yorumlar