Leonardo Dicaprio kimdir?

Leonardo Dicaprio kimdir?




11 noyabr 1974-cü ildə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Angeles şəhərində anadan olmuşdur. Aktyor və film prodüseridir. Anası Alman əsilli, atası isə yarı Alman, yarı İtalyandır. Anası ilə atası universitetdə tanış olmuşdur və daha sonra Los-ancelesə köçmüşdülər. Adını Leonardo qoydular,çünki anası məşhur rəssam Leonardo Da Vincinin rəsminə baxanda o ilk təpiyini atmışdır. Bir yaşı tamam olanda atası ilə anası boşanıblar. Daha çox anası tərəfindən böyüdülmüşdür. Uşaqlıq illərinin bir qismini Almaniyadakı nənə və babasının yanında keçirmişdir. Alman dilini səlis kimi danışır. Həqiqi adı Leonardo Vilhelm Dicapriodur.



Tam bir təbiətsevər olan Leonardo Dicaprio, elektrikli hibrid avtomobillər istifadə edir. Evinə nəhəng günəş panelləri yerləşdirmişdir. Verdiyi bir müsahibə zamanı, qlobal isinməyə bir nömrəli problem kimi baxdığını ifadə etmişdir. 7 İyul 2007-ci ildə bütün dünyada qlobal isinməyə diqqət çəkmək üçün reallaşdırılan "Live Earth" konsertlərinin Amerikadakı qismində diktorluq etmişdir. 1993-cü ildə rol aldığı "This Boys Life" filmi ilə diqqətləri üzərinə çəkib. "Gilbert-in Xəyalları" və "Marvins Room" filmlərində köməkçi aktyorluğu ilə gözə çarpmağa davam etmiş, baş rol kimi isə "The Basketball Diaries" (1995), "Romeo və Cülyetta" (1996) ilə məşhurlaşmışdır. 1997-ci ildə məşhur "Titanik" filmi ilə dünya şöhrəti qazanmışdır.

2000-ci illərdə isə, "Catch Me if You Can" (2002), "Gangs of New York" (2002), "The Aviator" (2004), "Blood Diamond" (2006), "The Departed" (2006), "Revolutionary Road" (2008), "Django Unchained" (2012) və "The Vulf of Wall Street" (2013) filmlərində bir çox mükafat qazanmışdır. "Shutter Island" (2010) və "Inception" (2010) filmlərinin quruluşunu öz üzərinə götürmüşdür.

Beş dəfə "Akademiya" mükafatına, on dəfə isə "Qızıl Kürə" mükafatlarına namizəd göstərilmişdir. 2004-cü ildə "The Aviator" filmi ilə "Qızıl Kürə" dram janrında ən yaxşı aktyor mükafatını və "The Vulf of Wallstreet" filmindəki performansı ilə 2013-cü ildə, "Qızıl Kürə" musiqili və ya komediya nominasiyasında ən yaxşı aktyor adını qazanmışdır. Hollivudun ən çox qazanan aktyorlarından biridir. 2010-cu ilin ən çox qazanan aktyoru olmuşdur. Həmin il Haitidəki zəlzələdən əziyyət çəkənlər üçün 1 milyon dollar yardım vermişdir.

Leonardo Dicaprio-nun fotoşəkilləri:
   

Yorumlar