5 dollara "ağılsız" telefon

Tamamilə plastikdən, batareyası olmayan, görüntülü zəngi belə yoxdur. Amma bu "ağılsız" telefonu 4 mindən çox adam aldı. 

Haqqında danışılan "ağılsız" telefon:



Məşhur saytı sayəsində ortaya çıxan məhsullardan biri olan "Nophone", istifadəçilərə tam olaraq heç nə vəd etmir.
Görüntüsü başqa ağıllı telefonlarla heç bir oxşarlığı olmayan və plastikdən istehsal olunan Nophone-lar 5, 10 və 15 dollarlıq qiymət etiketlərilə satılır.
Bəs niyə heç bir telefon xüsusiyyətinə malik olmayan bu məhsulun 3 fərqli versiyası var? 5 dollarlıq Nophone Zero modeli adından da aydın olduğu kimi istehlakçıya heç bir şey təqdim etmir. 10 dollar verən müştərilər saxta düyməni və girişləri olan bir məhsula sahib olarkən, 15 dollarından keçənlər isə arxasında güzgüsü olan "Nophone Selfie" modelinə sahib olurlar.

Bu məhsulu Kickstarter üzərindən başlanılan kampaniyada əldə etdiyi 18 min dollarlıq yardımla həyata keçirən Van Quld, bu günə qədər 4 mindən çox satış etdiklərini, dünyanın müxtəlif regionlarından tələblər gəldiyini deyir.
Bu məhsulun bir "zarafat" olduğunu vurğulayan Quld, bu zarafatının arxasında yatan həqiqətə də diqqət çəkir. Quld günümüzdə ağıllı telefonlar səbəbilə insanların texnologiyadan asılı hala gəldiklərini qeyd edir.
Qız dostuyla çölə çıxdığı zaman ağıllı telefonunu evdə qoyan Quld, qız dostuna daha çox diqqət verə bilmək üçün "Nophone"una üstünlük verdiyini də sözlərinə əlavə edir.
Quld Apple ilə müqayisə edilmələrinə isə "Növbəti Apple biz ola bilərikmi?  Amma biz dünyanın ən böyük saxta telefon şirkətiyik" deyə cavab verib.

www.oxuyuram.com

Yorumlar