İşıqla arıqlayın





Kökəlməyə "leptin" adı verilən bir hormon tərəfindən nəzarət edilir. Əsas olaraq bu hormon ərzaq idxalımıza və metabolizmaya nəzarət edir. Lakin ona qədər beyin tərəfindən göndərilən siqnalların yaranan yağ toxumalarının yandırılmasında necə bir rol aldığı məlum deyildir. Rokfeller Universitetindən tədqiqatçılar yağ toxumalarının ekoloji sinirlər ilə əhatə olunduğunu və bu sinirlərin xəbərdar edilməsi ilə bədəndəki yağların yandırılmasının başlanıldığını müşahidə etdilər. Ötən həftələrdə dünya şöhrətli "Cell" jurnalında dərc olunan bu iş köklük müalicələrində ümidverici bir hadisə kimi görünür.

Yağ toxumalarının 25%-lik bir hissəsi orqanizmdə enerji anbarı kimi istifadə edilir. 20 il əvvəl Professor Fridman və iş yoldaşları yağ miqdarını müəyyən edən yağ hüceyrələrinin hasil etdiyi leptin fermentini kəşf etdilər. Leptin beyinə bədəndə nə qədər yağ olduğunu məruzə edir. Leptin hormonunun az ifrazının iştaha açılmasına səbəb olarkən, artıq ifrazı isə iştahanın bağlanmasına və yağ toxumalarının yandırılmasının başlanmasına səbəb olur. Amma buraya qədər sinirlər və yağ toxumaları arasındakı əlaqələrə tam olaraq aydınlıq gətirilməmişdi.

Yorumlar