Dünyanın ən sürətli interneti




Beynəlxalq Telekommunikasiya İttifaqı dünya miqyasında internet sürəti araşdırmasını aparıb. Araşdırmaya əsasən 1-ci yerdə Cənubi Koreya yer alıb.

Dünya miqyasında telekommunikasiya işləri ilə məşğul olan "İnternational Telecommunication Union" yeni internet sürəti və keyfiyyəti araşdırmasını mətbuata təqdim edib. Sıralamada daha əvvəl də liderlik kürsüsündə əyləşən Cənubi Koreya yerləşir. Bildiyiniz kimi Cənubi Koreya Samsung və LG kimi nəhəng texnologiya firmalarının yer aldığı bir ölkə texnologiyaya çox ciddi investisiyalar yatırır.

2010-cu ildən indiyə kimi 2-ci yerdə olan İsveç yerini Danimarka ilə dəyişib. Üçüncü, dördüncü və beşinci yerləri isə ardıcıllıqla İslandiya, Böyük Britaniya və İsveç yer alır. Siyahıda Azərbaycanın hansı yerdə olduğunu müəyyən edə bilmədim.

Yorumlar