10 Ən böyük pul uduşu

10 Ən böyük pul uduşu

Kim bizdən vaxtaşırı xəyala qapılmırdı, nə olardı, əgər o pulun böyük məbləğinin sahibi olsaydı? Təəssüf ki, çox zaman belə xəyallar xəyal qalırlar. Sizin diqqətinizə dünyanın 10 bəxtəvərin siyahısını təqdim edirik–dünyada ən böyük uduşlar

1. Stiv Tran və Ayra Karri 648 milyon dollar 


 "Mega Millions" lotereyasının iki iştirakçısı $648 milyon dolları öz aralarında böldülər: Stiv Tran, çatdırılma xidmətinin sürücüsü və Ayra Karri Corciyanın sakini, hansı ki, özü haqqında yayılmamağı üstün tutdu.


2. İki amerikalı 363 milyon dollar 


363 milyon dolları iki amerikalı gənc uddu – onlar ikisi "Big Game" oyununun lotereya biletlərini əldə etmişdilər. Bəxti gətirənlərdən biri əvvəl heç vaxt lotereyada iştirak etməmişdi-pulu xırdalamaq üçün bileti o almışdı. Qaliblərdən  bütün vergilər alındıqdan sonra hərəsinə təxminən 90 milyon dollar qaldı

3. Endrü Cekson Uittaker 314,9 milyon dollar 


Amerikadan inşaat firmasının direktoru olan Endrü Cekson Uittaker 2002-ci ildə supermarketdə məhsulları alaraq lotereya əldə etdi və həmin lotereyadan 314,9 milyon dollar uddu. Bu pul ona varlı qocalığını təmin etdi. Qeyd etmək lazımdır ki, Endrü geniş xeyriyyəçiliklə məşğul oldu-bir neçə kilsə tikdi və hətta şəxsi fondunun əsasını qoydu.

4. Nquen Van Xeta 310 milyon dollar


Nquen Van Xeta üçün bu məbləğ gözlənilməzlik  oldu. Jurnalistlər uduşun verilməsində onun həyəcanını təsvir etməyi bacardı. Qalib o qədər sevindi ki, puluyla onun evində yığışmış bütün insanlara bolluca hədiyyə etməyə başladı.

5. Solomon Cekson 259, 9 milyon dollar


Kolumbiyalı dövlət qulluqqçusu Solomon Cekson $259, 9 milyon dolları udanda artıq təqaüddə idi.

6. Uilyam Stil 189 milyon dollar


Tale Floridadan olan həkim Uilyam Stili bu məbləğlə mükafatlandırdı. O "Pauerball" lotereyasında iştirak etdi. Bu uduş bu günə kimi ştatın tarixində ən böyük uduş hesab edilir. Uilyam jurnalistlərə pulun böyük hissəsini xeyriyyə hədəflərinə xərcləməyi planlaşdırdığını elan etdi.

7. Xuan Rodriqes 149 milyon dollar


Kolumbiya immiqrantı Xuan Rodriqes $149 milyon uddu. Müsahibəsində o uduşdan əvvəl işlərinin çox pis getdiyini bildirdi. Təxminən 40 min borcunun   olduğunu bildirmişdi. Lotereya bileti onu ümidsizlikdən aldı, o lotereyasını son puluna almışdı və tale ona gülümsədi.

8. Los-Anjeles-dən olan proqramçı 40 milyon dollar


2003-cü ildə 40 milyon dolları Los-Anjelesa-dən gənc proqramçı uddu. Təhlükəsizlik qaydalarına görə o öz adını və başqa şəxsi məlumatlarını sirr saxlamağa qərar verdi. Onun tarixi çox maraqlıdır: Belə ki, basketbol matçını gözləyən  cavan oğlan təmbəlcəsinə oyun avtomatına qəpikləri atırdı və maşın ona uduşu elan etdi, o isə sistemdə nasazlıq olduğunu başa düşərək, çıxışa tərəf yollandı. Xoşbəxtlikdən kazinonun əməkdaşları onu dayandırmağa vaxt tapdılar.

9. Sintii Cey  35 milyon dollar


Bəli bu məbləği 2000-ci ildə Las-Veqasda ofisiant Sintii Cey uddu. O kazinoya girdi və cəmi 27 dolları var idi. Kazinoda bir saat oynadıqdan sonra o aparatın cingiltili uduş səsini eşitdi. Amma təəssüf ki, bu xoşbəxtliklə bitmədi, iki ay sonra Sintii avtomobil qəzasına düşdü və ömrünü əlil kreslosunda keçirməli oldu.

10. Yoxana Xoyndl 22,6 milyon dollar


2002-ci ildə Las-Veqasda daha bir əfsanəvi uduş oldu. Özünün 74 yaşını qeyd edən amerikalı Yoxana Xoyndl "Beyliz" mehmanxanasının zalında olan oyun avtomatına jetonu saldı və birinci dəfədən böyük məbləğin sahibi oldu

Bəli tale onlara güldü, İnşAllah bizlərə də nəsib olar...

Yorumlar