Sony Xperia Z5-in analizi




Uzun zamandır yenilənməyən dizayn diliylə reaksiya toplayan Sony, inkişaf etmiş kamera bacarıqları ilə diqqət çəkən yeni admiral gəmisi Xperia Z5-ı bazara çıxardı.
 
Dizayn ağıllı telefon istehsalçılarının başının bəlasıdır. HTC və İphone arasında dizayn çəkişməsi hələ də davam edir. Hazırda ağıllı telefon bazarında İphone ilə müqayisə olunmaq ağıllı telefon istehsalçılarının qaça bilmədiyi bir haldır. Lakin Sony tam Sony-yə yaraşan bir hərəkətlə dizayn məsələsində hər zaman fərqli bir yerdə dayanmağı bacardı. Həm ön, həm də arxa tərəfdə şüşə istifadəsi, alüminium çərçivələr, kvadratşəkilli xətlər, qapaqlar altında gizlənən bağlantı nöqtələri və kart girişləri; Z seriyası mobil cihazları bir-birinə bənzəyən rəqiblərlə müqayisə etməkdən xilas etdi. Sony adətən material keyfiyyətindən yana həmişə yaxşı yerdə durur və öz xəritəsinə görə balanslaşdırılmış bir yol gedirdi. Amma Z seriyasının səciyyəvi halına gələn bu dizayn xəttinin bu günə qədər bir az belə dəyişməməsi və cihazların adətən çox yüksək qiymət səviyyəsindən satışa təqdim edilməsi üzündən ağır tənqidlərin hədəfi olması, Sony üçün yeni bir xəbər deyildir.



           BİR KLASSİK KİMİ XPERIA DİZAYNI

Bəli özünəməxsus bir forma yaratmaq bir istehsalçı üçün qürur mənbəyi olmalıdır. Amma beşinci nəslə gəldikdə belə istifadəçiyə dizayn mənasında nizamlar kiçik bir yenilik təqdim etməmək, seriyaya olan bağlılığı itirib texnologiya sevərlərin həyəcanını azaldır. Lakin Xperia Z5-də Sony bizləri xırda da olsa yeni bir detalla qarşılayır.

 Xperia Z5-ə baxdığımız zaman ilk olaraq arxa tərəfdəki buzlu şüşə dizaynının cazibədarlığını görürük. Belə ki, ağ Xperia Z5-ın arxa üzünün və alüminium çərçivəsinin mat grimsi parlaqlığı, qara modeldən daha çox xoşumuza gəldi. Bu fərqlilik sayəsində cihaz həm çox daha gözəl görünər, həm də hamar toxunuş barmaq izi tutmayan bir quruluşdadır.

 Xperia Z5-də Sony düymə kilidini barmaq izi oxucuya çevirdiyi üçün köhnə düymə modelindən imtina edib. Düymə kilidinin altında səs nəzarət lövhələri, onun da altında təyin olunmuş kamera düyməsi var. Enerji doldurma və qulaqcıq girişini qapaqlarla qorumağa ehtiyac görməyən Sony telefonu suya düşdükdən sonra enerji girişinin tam qurumağını "mütləq gözləyin" deyə də xəbərdarlıq edir.



Su izolyasiyası məsələsində kiçik xatırlatmalar edək; Xperia Z5-ın çirkləndiyini düşünürsünüzsə bulağın altında yuya da bilərsiniz. Üzərinə su tökülsə də problem yoxdur. Amma telefonu götürüb dənizə atsanız, zəmanət konteksti çərçivəsindən kənara çıxmış olarsınız.

 Sony-in rəsmi proqramlarında "telefonu tamamilə suya salmayın, duzlu, xlorlu su ilə və ya içkilərlə təmas etdirməyin" deyə qeyd edir. Əhəmiyyətsiz bir şey kimi görünsə də su izolyasiyası daim Sony-nin ağıllı telefon arenasında fərq yaradan xüsusiyyətlərindən biri oldu.

 

 BARMAQ İZİ SENSORU

 Soni barmaq izi oxuyucusunu elə bir yerə yerləşdirmişdir ki, telefonu tutarkən əlinizin təbii mövqeyinə harmoniya yaradır.

Xarici görünüşdə barmaq izi ilə sensorlu açma bağlama düyməsinin və şüşə gövdə dizaynının xaricində böyük miqyaslı dəyişikliklər olmadığı məlumdur. Sadəcə səs nəzarət lövhələri əvvəlki yerindən bir az da aşağı köçürülüb. Sony-nin bu seçiminə alışmaq bir az zaman alacaqdır.

EKRANDA SONY TƏCRÜBƏSİ

Sony Xperia Z5-də 5,2 düyümlük ekran var. 1920x1080 piksel ölçüsündəki ekranın piksel sıxlıq dəyəri 428 pp-dir. 4k ekran istifadə etmək istəyənlər “Xperia Z5 Premium” modelinə baxa bilərlər. Sony-nin görüntüləmə texnologiyalarındakı təcrübəsini düşündükdə Xperia Z5-in ekranı üzərinə əlavə şərh vermək lazımsız olar. Sony-nin Triluminos texnologiyalı IPS LCD ekranın parlaqlıq və rəng dəyərləri idealdır.




Ekranın alt və üst tərəfində yerləşən səsucaldanların səs çıxışı qənaətbəxş səviyyədədir. Səs yüksəklik səviyyəsi olduqca yetərlidir. Lakin musiqi dinləməkdən bəhs ediriksə, kəskin səslərdən xeyli dərəcədə narahat olacaqsınız deyə bilərik.




İNTERFEYS VƏ BATAREYA ÖMRÜ

Batareya tam doldurulmadığı halda bir neçə telefon danışığından, Spotify-də bol musiqi dinlədikdən, Youtube-da bir saata yaxın videolara baxdıqdan və bir az da sosial media təqibindən sonra 40 %-dək azaldı. Cihazda 2900 mA-lik batareya mövcuddur

QƏRAR ANI

Yaxşı kamera, uğurlu ekran, yüksək əməliyyat performansı və rəqiblərinə inadkarlığı bənzərsiz, keyfiyyətli və estetik dizaynı cihazın müsbət nəticələrindəndir. Suya möhkəmliyini da unutmayaq. Sony hər mənada yaxşı bir ağıllı telefon ortaya çıxarmaq istəyərkən, görüntüləmə və foto sahəsindəki təcrübəsini ön plana çəkmişdir. Lakin layihənin illərdir eyni xətlə davam etməsi, əslində çox xoş bir niyyət olsa da, istifadəçilərin həyəcanını itirməsinə səbəb olur. Bəlkə də, Sony-nin yeni admiral gəmisinin uğuru detallarda gizlənib. Son söz olaraq Xperia Z5-i almaq qərarınızı nəzərdən keçirərkən ilk növbədə nəyə ehtiyacınızın olduğunu müəyyənləşdirməyi unutmayın deyirik.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ


Əməliyyat Sistemi
 Android 5.1
 Prosessor/ Qrafiki Prosessor
 4 nüvə 1,5 GHZ + 4 nüvə 2 GHZ, 64-Bit 8 nüvə
 Adreno 430
 Yaddaş
 3 GB RAM
 32 GB yaddaş (200 GB-yə qədər artırıla bilər)
 Ekran
 5,2 düym IPS LCD
 19201080 piksel (428 pp)
 Kamera
 23 megapiksel, 1/2,3 düyüm Sony Exmor RS
 5,1 megapiksel ön kamera
 Hybrid Autofocus
 Əlaqələr
 Bluetooth 4.1, Wi-Fi, Wi-Fi MIMO, MHL 3.0, NFC, agps
 Batareya
 2.900 mah
 Ölçülər
 146 x 72 x 7,3 mm
 Ağırlıq
 154 qram
 Qiymət
  800 AZN

Mənbə: http://www.log.com.tr

Yorumlar