Yayda necə sərinləmək olar?

Yayda necə sərinləmək olar?



Yay özü ilə bərabər dəhşətli istilər və quraqlıq gətirir. Bu istilər isə yorğunluq və halsızlığa səbəb olur. Əgər yayın istisinə dözə bilmirsinizsə, özünüzü supermarketə atın və ya banklarda işlərinizi uzada bildiyiniz qədər uzadın. Oralar çox sərin olur. Soyuq yer görən kimi orada yatın. Dondurmanı yeməklə kifayətlənməyin, üz-gözünüzə də sürtün. Təbii ki, bunlar bir zarafatdır. Normal sərinləməyin bir çox yolları var. Məsələn, saatbaşı soyuq su içərək sərinləmək mümkündür .Lakin özünüzü buzlu su içməkdən qoruyun. Buzlu sular sadəcə bir neçə dəqiqəliyinə sərinləməni təmin edir. Ən yaxşısı ev temperaturunda olan sular içməkdir. Hər gün duş almaq, hətta mümkündürsə, vannanı su ilə dolu saxlamaq və hər iki saatdan bir vannaya daxil olmaq yayda sərinləməyinizə kömək olacaqdır. Qulaqlarınızın arxasını, boynunuzu ,əl və ayaqlarınızı sərin dəsmal ilə silə bilərsiniz.  Yay fəsli gələn kimi meyvə və tərəvəz yeməyə üstünlük verin. Ət yeməklərindən uzaq durmağa çalışın.  Çox duzlu ,ədviyyatlı və bol yağlı yeməklər yeməyin.Spirtli və turşulu içkilərdən istifadə etməməyə çalışın. Amma yayda dəhşətli istilərdən qorunmağın ən yaxşı yolu üzməkdir. İmkanınız varsa, dənizdə və ya hovuzda sərinləməyə çalışın. Əgər özünüzü istilərdən qorumazsanız, bir çox yay xəstliklərinə tutula bilərsiniz. Çalışın ki, gün başınıza vurmasın. Son olaraq, ev heyvanlarının da sərinləməyə ehtiyacı olduğunu unutmayın. Soyuq su vannası ilə onların bədən temperaturlarını tənzimləyə çalışın. 

Yorumlar