İphone ilə video çəkərkən eyni vaxtda şəkil çəkmək mümkündürmü?

İphone ilə video çəkərkən eyni vaxtda şəkil çəkmək mümkündürmü?




Bir çox cihazlarda video çəkərkən eyni vaxtda da şəkil çəkmək istəyirsinizsə, əlavə programlara ehtiyacınız var. Amma Apple bu işi sizin üçün çox rahat hala gətirmişdir. Apple sadə bir həll yolu kəşf edərək sizi bu problemdən qurtarır. İphone işlədənlərin diqqətindən qaçmış ola biləcək bu funksiyanı nəzərinizə çatdırmaq istərdik. Apple cihazlarında bir yandan video çəkərkən digər yanda da ən gözəl anlarınızı ölümsüzləşdirə bilərsiz. İlk öncə iPhone 5-də qarşımıza çıxan bu funksiya artıq hər keçən gün inkişaf edən Apple cihazlarının bir çoxunda var. Edəcəyiniz iş çox sadədir. Standart iPhone kamerasını açın. Video çəkməyə başlayın. Video çəkməyə başlayanda sol alt küncdə ağ düymə görəcəksiniz. Hansı kadrı şəkil kimi götürmək istəyirsinizsə, həmin anda o düyməyə basın. Beləliklə, istədiyiniz kadrı şəkil kimi çəkə bilərsiniz.  

Yorumlar