Dodaq uçuqlaması necə müalicə olunur?

Dodaq uçuqlaması necə müalicə olunur?




Dodaq uçuğu necə müalicə olunur və dodaq uçuqlamasının xalq təbabəti ilə müalicəsi.

Dodaq uçuqlamasının başlanğıcının ilk əlamətlərində tez bir şəkildə müdaxilə etmək lazımdır. İlk əlamətlər ağız və dodaq çevrəsindəki həssaslıq və acı, boğaz ağrısı, vəzilərin şişməsi və yaxud  soyuqdəymənin özünü göstərməsi ilə başlayır. Çox vaxt əsas yara görülmədən bir gün ya da bir neçə saat əvvəl dodaq və ağız çevrəsindəki dəri yanmağa başlayır. Uçuğun yaranma səbəbi bir dəmrov(herpes) virusunun aktivləşdiyi üçün baş verir. Yorğunluq, travma, qızdırma, stress və  hormonal dəyişikliklər passiv halda olan virusun aktivləşməsinə səbəb olur.


Müalicəsinə başlamazadan əvvəl əməl etməniz bir neçə qayda var ki, onlara riayət etməlisiniz. Hansı ki, əllərinizi tez-tez yumalı, ədviyyatlı ya da turş qidalardan uzaq durmağınız lazımdı, əks təqdirdə dodaq uçuğunuz daha da pisləşəcəkdir.

Dodaq uçuğunun yaxşılaşması üçün;

1) Çay ağacının yağı-lap qədimdən infeksiya ilə güclü mübarizə apardığına xalq təbabətində inanılır, həmçinin dodaq uçuğuna da yaxşı təsir edir.

2) C vitamini- Orqanizmin immunitet sistemini gücləndimədə və infeksiyalarla mübarizə aparması məqsədilə istifadə edilməkdədir.

3) Buz-Uçuqlanmış bölgə sızıldamağa başladıqda o yerə buz qoyun. Buz toxumaların istiliyini və metabolik sürəti azaldır. Bu üsul dodaq uçuqlaması yaradan dəmrov(herpes) virusu üçün istifadə edilə biləcək ən sadə ev müalicə üsüllarından biridir.

Uçuqlamanın yaranıb, bitməsi təxminən 7-10 gün çəkir. Uçuq və uçuğun qabığına əl vurmayın, toxunduğunuzda əlləriniz yaxşıca yuyun. Uçuğun müalicəsi antiviral uçuq kremləri ilə edilməkdədir. Bu kremlər dəridən keçərək uçuq virusuna təsir edir və virusun dəriyə zərər verməsinin qarşısını alır.

Dodaq uçuqlaması necə müalicə olunur,

Yorumlar