Swarm nədir və nə üçün isifadə olunur?

Swarm nədir və nə üçün isifadə olunur?




Son vaxtlarda tez-tez qarşılaşdığımız Swarm insanların yer bildirimi etməklə dostları ilə yer bildirimi edən digər insanlarla əlaqə qurmasını təmin edən sosial şəbəkələrdən biridir. Əgər dostlarınız və ya ətrafınızdakı insanların harada olduğunu bilmək istəyirsinizsə, bu sosial şəbəkə sizin üçün əlverişli ola bilər. Əvvəllər Foursquare adlı bir platform bu işi öhdəsinə götürmüşdü. İndi isə  Swarm daha məşhurlaşaraq hər yaşdan insanın diqqətini öz üzərinə çəkə bilir. Əgər Foursquare-dan sonra Swarmı necə istifadə etmək olar deyə soruşursunuzsa, aralarında çox da böyük fərq olmadığını nəzərinizə çatdırmaq istəyirəm. Əvvəlcə proqramı telefonunuza yükləyirsiniz, sonra isə e-mail, Facebook hesabınızla və yaxud da Foursquare hesabınızla qeydiyyatdan keçirsiniz. Proqrama giriş etdikdən sonra yuxarıda dörd fərqli bölmə görəcəksiniz. Bunlardan birincisi dostlarınızın sizdən nə qədər uzaqda olduğunu göstərir. İkinci bölmədə isə dostlarızın check-in etdikləri məkanlar göstərilir. Üçüncü bölmə isə planlar bölməsidir ki, burada dostlarınızın növbəti dəfə olacaqları məkan göstərilir. İstəsəniz siz də burada planlarınızı paylaşa bilər və dostlarınızı da dəvət edə bilərsiniz. Axrıncı verilən bölmədə isə sizin şəxsi profiliniz göstərilir. Burada dostlarınızı, check-in etdiyiniz məkanları, bildirişləri və özünüzə aid bir çox məlumatları görə bilərsiniz. Ekranda yuxarı tərəfdə sol üst bölmədəki düymə isə planlarında sizdən bəhs edənləri göstərir. Profil şəkliniz üstündəki bölmələr isə sırasıyla dostlarınızın siyahısını, yer bildirimi etdiyiniz məkanların siyahısını, yer bildirimi edərkən paylaşdığınız şəkilləri göstərir. Son olaraq “Settings” bölməsindən profilinizi istədiyiniz kimi idarə edə bilərsiniz.   

Yorumlar