Shazam nədir və necə işləyir?

Shazam nədir və necə işləyir?




Bəzən gün ərzində təsadüfən də olsa , bəzi mahnılar eşidirik və çox xoşumuza gəlir. Həmin mahnının adını isə nə qədər axtarsaq da, tapa bilmirik. Daim inkişaf edən texnologiyanın bizə təklif etdiyi bu proqram musiqisevərlər üçün çox sərfəlidir. İndi xoşumuza gələn mahnıları sadəcə bir dəfə Shazama dinlətməklə, onun adını tapmaq çox asandır. Shazam mobil telefonlarda istifadə olunan bir proqramdır. Onun həm Android, həm Windows Phone, həm də İOS forması mövcuddur. Bu proqram üçün hansısa ödəniş tələb olunmur. Proqramı yüklədikdən sonra qediyyatdan keçmək lazımdır. Sonra isə eşitdiyimiz melodiyaya yaxınlaşdırıb onu Shazama da dinlətməklə onu kimin söylədiyini belə tapmaq mümkündür. Shazam ilə axtarılan musiqilər artdıqca , musiqilərin tapılma şansı da artacaq.

Yorumlar