"Pokemon GO" nədir və necə oynanılır?

"Pokemon GO" nədir və necə oynanılır?




Bildiyiniz kimi, axır vaxtlar hər kəsdən Pokemon GO oyununun adını eşidirik. Bəs bu oyun nədir, necə oynanılır? Nintendo və Gamefreak ortaqlığı ilə baş tutan Pokemon əfsanəsi 1996-cı ildən bəri fəaliyyət göstərir. Mobil platformalar üçün nəzərdə tutulan bu oyun Pokemon GO adı ilə əfsanənin yenidən məşhur olmasına səbəb oldu. Hələ Azərbaycanda rəsmi olaraq internetdə satışa buraxılmamasına rəğmən bəzi APK sənədlərlə oyunu yükləmək olur. Pokemon Go oyununda özünüzə bir oyunçu obrazı seçərək verilən xəritəyə əsasən hərəkət etmək lazımdır. Həmin xəritə üzərində rast gəldiyimiz Pokemon-ları ovlamaq üçün Pokeball-ları toplamaq lazımdır. Sonra isə kifayət qədər pokebal toplamaqla pokemonları ovlamaq mümkündür. Xəritə üzrə yolda yeriyərkən qəfildən qabağınıza Pokemon çıxa bilər və ya Pokemonu tutmaq üçün telefona kilidlənə bilərsiz. Pokemonu tutmaq üçün küçələrdə, parklarda Pokemonu axtarmaq lazımdır. Oyunun ana ekranında sağ alt küncdə Nearby siyahısında sizə ən yaxın olan Pokemon-un ayaq izlərini tapa bilərsiz. Əgər orada ayaq izi görə bilmirsinizsə, deməli o sizin lap yaxınlığınızdadır. Tapdığınız pokemonu tutmaq üçün yığdığınız pokeball-ları elə atmaq lazımdır ki, ona dəymədən keçməsin. Bəs biz bu oyunda sadəcə pokemonlarımı tuturuq? Əlbəttə ki, yox. Burada GYM-lər var ki, siz onları ələ keçirərək GYM lideri ola bilərsiz. GYM-ləri ələ keçirdikdən sonra oraya ən güclü Pokemon-ları qoymalısınız ki, başqaları sizinlə savaşıb oranı ələ keçirə bilməsin. Irəliləyən zamanlarda Pokemon GO-ya yeni funksiyalar əlavə olunacağı gözlənilir.

Yorumlar