Instagram hesabımızı necə qoruya bilərik?

Instagram hesabımızı necə qoruyaq?




Günümüzdə ən məşhur sosial şəbəkələrdən biri olan İnstagramda insanlar gündəlik həyatları barədə paylaşımlar edirlər. Real həyatda mövcud olan saxtakar insanlar sosial medyada da peyda olub ki, insanlar hesablarını oğurlayaraq müxtəlif məqsədlər üçün istifadə edirlər. Belə hallardan qorunmaq üçün nə edə bilərik bəs? İnstagramda qeydiyyatdan keçərkən mobil telefon nömrənizi qeyd etməyin. İnstagramın gizlilik qaydalarında nömrənizin heç kim tərəfindən görünmədiyi qeyd olunsa belə, bəzi yollarla nömrələr çox asan tapılır.Qeydiyyatdan keçdikdən sonra profilinizi “gizli” qeyd etməyi unutmayın. İnstagramda paylaşılan şəkillərin harda çəkildiyini bildirən funksiya, yəni yer bildirimi də var ki, insanlar sizin hal-hazırda harada olduğunuz haqda məlumata sahib olurlar. Məsələn, əgər tətildəsinizsə, yer bildirimi ilə bir şəkil paylaşmısınızsa, evinizin boş olduğunu öyrənib oğurluq kimi hallara əl ata bilərlər. Digər diqqət yetirməli olduğunuz mövzu isə instagram hesabınızın digər hesablarınızla bağlantısı olub-olmamağıdır. Bunu da yoxladıqdan sonra geriyə sadəcə bir şey qalır. İnstagramda sizin profilinizə kimin baxdığını öyrənmək üçün və s. məqsədlər üçün programlar yükləmək istəyə bilərsiz. Bu proqramlar sizdən instagram adı və şifrəsi ilə giriş etməyinizi istəyəcək. Beləliklə, profilinizin şifrəsi öyrənilə bilər.Şifrə haqqında yazmışkən bu mövzuya toxunmaq məqsədə uyğun olar. İnstagram üçün şifrə seçərkən asan təxmin ediləcək şifrələrdən uzaq durmaq lazımdır. Həmçinin doğum tarixiniz və ya şəxsi məlumatlarınızı da şifrə kimi istfadə etməyin ki, tez tapılmasın. Bu kimi hallarla rastlaşmamaq üçün yuxarıda yazılanlara əməl etmək kifayətdir.

Yorumlar