Hıçqırıq necə keçər?

Hıçqırıq necə keçər?




Bu suala cavab tapmazdan əvvəl hıçqırığın nə olduğu və necə yarandığı haqqında məlumat verək. Hıçqırıq diafraqmanın, yəni sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran əzələnin birdən sıxlaşması nəticəsində yaranan ani nəfəs alışlara deyilir. Bu vaxt səs tellərinin olduğu hissə bağlanır , buradan keçən hava anidən kəsilir. Bu vəziyyət hıçqırığın yaratdığı səsə səbəb olur. Diafraqmanın belə sıxlaşmasına bir çox şey səbəb ola bilər. Məsələn, çox yemək, acı və ədviyyatı çox olan yeməklər, həzmsizlik, mədə qazı və s. Həmçinin spirtli və turşulu içkilər də hıçqırıq yarada bilər. Hıçqırıq bəzi beyin, ürək-damar, qaraciyər və bağırsaq xəstəliklərinin xəbərçisi ola bilər. Ona görə də uzun müddət sürdükdə həkimə müraciət etmək lazımdır. Hıçqırığın qarşısını almaq üçün yeməyi yavaş-yavaş yemək, çox ədviyyatlı və acı yeməklərdən, spirtli içkilərdən uzaq durmaq yaxşı olar. Əgər bütün bunlara baxmıyaraq, yenə də hıçqırığa yaxalanmısınızsa, onda aşağıdakılara əməl edə bilərsiniz:

Nəfəsinizi tutun. Ona qədər sayın və sonra təkrar yavaş nəfəs almağa başlayın. Bunu bir neçə dəfə eyni qayda ilə təkrarlayın.

Burnuzu və ağzınızı tutaraq nəfəs almadan dayana biləcəyiniz qədər dayanın.

1 stəkan suyu 7 qurtumla için. Və ya su ilə qarqara etmək də xeyirlidir.

Vagus adlanan sinir var ki, əgər qulaqlarınızı tutarsanız, eşitmə sisteminə çatan bu siniri xəbərdar etməklə hıçqırığı dayandıra bilərsiniz.

 Ən güvənilən metod isə isti bir şeylər yeməkdir. Bu həm də ən sürətli metoddur.

Yorumlar