Android-də “Live photo” necə çəkilir?

Android-də “Live photo” necə çəkilir?




Bildiyimiz kimi, iPhone 6S ilə birlikdə Apple cihazlarına da yenilik gəldi. Burada hərəkət edən şəkillər çəkmək mümkündür. “Live photo” adlandırılan bu hərəkətli şəkillər insanlar tərəfindən çox bəyənildi. Ona görə də insanlar bu funksiyanı android sistemli telefonlarda da görmək istəyirdilər. İndi artıq bu mümkündür. Bir çoxları tərəfindən tanınan Cameramx adlı proqrama gələn yeniliklər sayəsində artıq siz də Android sistemli telefonlarınızda Live photo çəkə bilərsiniz. Bunun üçün Cameramx proqramını yükləmək və proqrama daxil olduqdan sonra  yuxarı sol küncdə göy düyməyə toxunmaq lazımdır. Live photo çəkilərkən telefonu sabit saxlamaq lazımdır. Daha sonra şəkil qeyd edilir və şəklin üzərinə toxunaraq onu hərəkətə gətirmək mümkündür.   


Android-də “Live photo” necə çəkilir, hərəkət edən şəkillər çəkmək,

Yorumlar