Google hesablarımızı necə qoruya bilərik ?

Google hesablarımızı necə qoruya bilərik ?




Google hesablarımız bizim üçün çox böyük əhəmiyyətə sahibdir. Xüsusilə də , son dövrlərdə texnologiyanın inkişafı ilə insanlar Google hesablarında çox əhəmiyyətli məlumatlar saxlayırlar. Ona görə də heç kəs Google hesablarında hər hansı bir problemlə qarşılaşmaq istəməz. Google hesablarınızı qorumaq üçün və hər hansı bir problemlə üzləşməmək üçün aşağıdakılara əməl emək kifayətdir:

         Etibarlı bir şifrə seçin. 12345 şəklində və ya asan təxmin ediləcək şifrələrdən istifadə etməyin.
         Şifrənizi qoruyun: Bu hesablarda işlətdiyiniz şifrəni və yaxud da şəfrələri heç kimlə paylaşmayın. Hətta internet üzərində belə başqa heç bir saytda istifadə etməməyə çalışın.
         Bəzi səhifələr sizdən facebook və ya instagram hesabınız ilə giriş etməyi istəyə bilər. Heç vaxt öz giriş məlumatlarınızla başqa səhifələrdə qeydiyyatdan keçməyin. Əks təqdirdə google hesabınız oğurlana bilər.
        Başqalarının kompyuter, telefonlarında şəxsi hesabınıza giriş etmisinizsə, işinizi bitirdikdən sonra hesabınızdan çıxmağı unutmayın.
        Tanımadığınız insanlardan gələn “ follow” istəklərinin qəbul etməyin.Saxtakar insanlar hesablarınıza girərək şifrələrinizi və gizli məlumatlarınız oğurlaya bilər.
        Google-un sizin üçün təklif etdiyi qurtama məlumatlarını daima yeniləyin.


Yorumlar