Google Chrome-u necə sürətləndirmək olar?

Google Chrome-u necə sürətləndirmək olar?



Həm kompyuter, həm də mobil telefon istifadəçilərinin sevərək istifadə etdiyi Google Chrome bəzən sürətini azaldaraq istfadəçilərin kefini qaçırda bilər. Google Chrome-da bəzi xırda tövsiyələrə əməl etsəniz, onun sürətini artıra bilərsiniz:

Əgər touch-screen kompüterlərdən istifadə edirsinizsə, Google Chrome-un buna uyğun olmadığını bilin. Belə kompyuterlərlə onun sürətini itirirsiniz. Bunu düzəltmək üçün Google Chrome “Settings” bölməsindən touch-screen kompyuterlər üçün uyğun hala gətirmək lazımdır. Bunun üçün axtarış yerinə  "chrome://flags" yazmaq lazımdır. Onu kompüteriniz üçün uyğunlaşdırdıqdan sonra sürətin artdığının şahidi olacaqsınız.

Google Chrome-un təzə versiyası istifadəyə verildikcə, siz də öz kompüterinizdə onu quraşdırın.

Bəzən axtarış edərkən burada birdən çox pəncərə açırıq ki, bu da Google Chrome-un sürətinin azalmasına səbəb olur. Ona görə də lazım olmayan pəncərələri bağlayın ki, sürətə mane olmasın.

Google Chrome-da axtarış etdikdən sonra axtarış tarixçəsini təmizləyin. Çünki bu uzun müddət yığıldıqca daha çox yer tutmağa başlayır və sürətin azalmağına səbəb olur.

Həm yalnışlıqları düzəldən, həm də lazımsız sənədləri silən təmizləyici proqramlardan istifadə edin. Məsələn, CCleaner və s. Bu Google Chrome-un performasını daha da artıracaq.

Qısayollardan istifadə edin. Bu həm gedəcəyiniz yerə tez çatmağa, həm də sürətin artmasına kömək edir.

Lazım olmayan proqramları silin. Bunun üçün axtarış yerinə chrome://apps yazın və istifadə etdiyiniz bütün proqramlar səhifədə açılacaq. Buradan sizə lazım olmayanları silə bilərsiniz.

Yorumlar