Yayda suyu necə qəbul etməli?

Yayda suyu necə qəbul etməli?




Su bütün bəşəriyyətin həyatında vacib olan elementlərdən biridir. Yemek yemədən günlərlə yaşamaq olsa da, susuz yaşamaq mümkün deyil. Sağlamlığımız üçün gün ərzində 2-3 litr su qəbul etməyi bütün həkimlər məsləhət görür. Bəs isti yay aylarında suyu necə qəbul etməli? Yayda sadəcə su içməklə həm susuzluqdan, həm tərləmədən, həm də artıq çəkidən qurtulmağin sirrini sizə açacam. Bunun üçün sizə 3 litr su, bir limon, bir xiyar, bir az nanə lazımdır. Axşamdan suyun içinə limonu, xiyarı doğrayıb, nanəni də əlavə edib saxlayırıq. Səhər tezdən ac qarına bir stəkan bu sudan içirik. Daha sonra gün ərzində axşama qədər bu suyu içib qurtarmalıyıq. Artıq çəkinizə daha tez təsir etməsini istəyirsinizsə qarışığın içinə bir azca yaş zəncəfil qatın. Dadlı və ətirli bir içkidir. Heç bir zərəri yoxdur. İsti yay aylarında suyunuzu belə içdikdən bir müddət sonra müsbət təsirlərini özünuz də görəcəksiniz .

Yayda suyu necə qəbul etməli,

Yorumlar