İşlənmiş avtomobil alarkən nələrə diqqət etməliyik?

İşlənmiş avtomobil alarkən nələrə diqqət etməliyik?





“İşlənmiş avtomobil alarkən nələrə diqqət etməliyik?” sualının cavabı çox ətraflıdır. İşlənmiş avtomobil alarkən ilk öncə diqqət etməniz nöqtə avtomobilin kapotuna və mühərrikinə ayrı-ayrılıqda baxmaqdır. İlk öncə avtomobilin kapotuna diqqət verin, çünki avtomobilin xarici görünüşü onunla bağlı ilkin məlumat verir. Ona görə ki, əgər avtomobilin xaricində belə çürüklər varsa, avtomobilin necə istifadə edildiyini özünüz düşünün.

Bəs işlənmiş avtomobil alarkən onun kapotuna necə diqqət yetirməliyik?

Avtomobil kapotunun görünən və bir də görünməyən-gizli hissələrinə baxmanız lazımdır. Əvvəlcə avtomobilin görünən hissəsinə necə baxmaq lazımdır onu izah edirəm: Avtomobilin tavanında, qapılarında və ya baqajının hər yerinə baxmaq lazımdır ki, çürük var, ya yoxdur. Xüsusilə avtomobilin qapılarının içlərində çürüklər əmələ gələ bilər, ona görə də bu hissə daha diqqətli yoxlanılmalıdır. Avtomobilin görünən yerlərinə baxdıqdan sonra onun görünməyən hissəsinə-altına baxmaq lazımdır. Əgər avtomobilin altında çürüklər varsa, bu sizin üçün gələcəkdə böyük problemlərə yol aça bilər. Ona görə də işlənmiş avtomobil alarkən onun altına baxmağı yaddan çıxarmayın.

İşlənmiş avtomobil alarkən mühərrikə necə diqqət yetirmək lazımdır?

İşlənmiş avtomobil alarkən onun yürüşünə, yəni neçə km sürüldüyünə mütləq baxmalısınız. Avtomobilin yağ yandırıb-yandırmaması və ya mühərrikin səsi onu yoxlamaq üçün sizə vacib əsaslar verəcəkdir. Avtomobil hərəkətdə olarkən qaza basın sonra qazı kəsin. Əgər avtomobilin arxasından səs gəlsə, deməli diferensialında sıxıntı vardır. Daha sonra avtomobilin arxasına keçin, bir nəfər də qaz pedalına basıb saxlasın. Əgər avtomobilin arxasında qara duman və ya qulişiteldən yağ qoxusu gəlirsə, deməli avtomobil yağ yandırır. Buna mütləq diqqət verin, çünki avtomobilin yağ yandırması yaxşı vəziyyət deyil. Avtomobilin şassisi və mühərrik nömrələrini də müqayisə etməyi yaddan çıxarmayın. Sənəddə yazılı olan şassi nömrəsi ilə avtomobilin ön kapotunun içində olan şassi nömrələrini müqayisə edin. Bu nömrələr mütləq eyni olmalıdır. Əgər avtomobilin mühərriki dəyişdirilərsə, bu sənəddə qeyd edilməlidir.

Beləliklə “işlənmiş avtomobil alarkən nələrə diqqət etmək lazımdır?” sualı ilə bağlı sizi də maraqlandıran nə isə varsa, rəylərlə bunu bildirə bilərsiniz. Bu qədər...

İşlənmiş avtomobil alarkən nələrə diqqət etməliyik,

Yorumlar