İnternetdə reklamlar necə qiymətləndirilir?

İnternetdə reklamlar necə qiymətləndirilir?



İstər internetdə reklam verin, istərsə də saytınıza reklam yerləşdirin fərqi yoxdur internetdə reklamın necə qiymətləndirilməsini bilməlisiniz. Bu başdan internetdəki reklam qiymətləndirmələrini sadalayıram, sonra isə ayrı-ayrılıqda hərəsinin öz mənasını izah edəcəyəm.

1. CPM
2. CPC
3. CPL
4. CPA

1. CPM nədir?

CPM(Cost Per Mille) sözünün mənası Azərbaycan dilində “1000 göstəriş başına qiymətləndirmə” deməkdir. Daha sadə dildə desək, yəni internetdə hər hansısa saytda CMP üzrə reklam vermək istəyirsinizsə və reklamın qiyməti 1 dollardırsa, onda bu verdiyiniz reklamın 1000 dəfə göstərilməsi qarşılığında 1 dollar ödəyəcəksiniz deməkdir.

2. CPC nədir?

CPC(Cost Per Click) sözünün mənası isə “Hər edilən klik başına ödəmə” deməkdir. Bu reklam növü reklam verənlər üçün CPM-ə nisbətən daha əlverişlidir, çünki verilən reklamın hər boş yerə göstərilməsinə görə pul çıxılmayacaq, əksinə hər klikə görə sizdən pul çıxılacaqdır.


3. CPL nədir?

CPL(Cost Per Lead) yəni “hər qeydiyyat və ya formun doldurulması başına qiymətləndirmə”dir. Bu model isə yuxarıdakı 2 reklam növünün ikisindən də əlverişlidir və ona görə də hər ikisindən də bahalıdır. Çünkü burada siz pulunuzu yalnız hər edilən səhifə göstəriminə və ya hər edilən məqsədsiz klikə görə ödəmirsiniz, əksinə yalnız göstərdiyiniz ünvanda hər qeydiyyat üçün pul ödəyirsiniz. Burada artıq satış etmək sizə qalır ki, bu da sizin işləməyinizə bağlıdır.

4. CPA(Cost Per Action) bu sözün mənası isə “Hər edilən hərəkət başına ödəmə” deməkdir. Burada dediyimiz “hərəkət” sizin istədiyiniz hər şey ola billər. Daha sadə dildə desək, yəni verdiyiniz reklamın yalnız hər satışı üçün pul ödəyirsiniz. CPS də bu modelin konkret “Cost Per Sale” modeli, yəni “hər edilən satış başına ödəmə” modelidir. Bu model reklam verən üçün yuxarıda göstərilən bütün 3 modeldən də ən əlverişli modeldir.

CPM nədir, CPC nədir, reklam qiymətləndirilməsi,

Yorumlar